Accessibility links

İngiltərədə partlayış baş verib


Bazar gecə İngiltərənin Lester şəhərində baş verən partlayış nəticəsində bir mağaza və evin partlaması nəticəsində azı dörd nəfər xəstənəxanaya yerləşdirilib. Onların vəziyyəti kritikdir.

Şəhərin yanğınsöndürmə idarəsi böyük partlayışın baş verdiyi və nəticədə bir binanın uçduğuna dair xəbər alandan sonra əraziyə altı yanğınsöndürən maşın göndərdiyini bildirib.

Lester polisi bildirir ki, bir neçə başqa binaya zərər dəyib, ərazidəki evlər və bizneslər isə təxliyyə edilib.

Rəsmilər partlayışın terrorla əlaqəsi olduğuna dair işarənin olmadığını deyib, lakin hadisəni “çox mühüm” olduğunu elan edib.

Lester Londonun 177 kilometr şimalında yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG