Accessibility links

Ağ ciyəri qoruyan yeni cihaz [Video]


Ağ ciyəri qoruyan yeni cihaz
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Beynəlxalq Enerji Anentliyi havanın çirklənməsi səbəbi ilə hər il dünya boyu 6.5 milyon həyatını itirdiyini bildirir. Almaniya alimləri ağ ciyərlərin havanın çirklənməsindən qorumaq üçün cihaz - inhalyator icad edib.

Yeni inhalyator ağ ciyərləri havanın çirklənməsindən qorumaqla yanaşı, həm də astma və ağ ciyər xərçəngi kimi xəstəliklərin qarşısının alınmasına kömək edir.

Bu cihazın daxilinə ilk dəfə Misir səhralarında baktereriyada aşkar edilmiş Ektoin adlı təbii molekula yerləşdirilib. Almaniyanın tibbi təchizat şirkətinin bildirdiyinə görə, bu molekulun ağ ciyər hüceyrələrinin səthində sabitləşdirici təbəqə yaradır. "Bihop" satış direktoru Andreas Bilşteyn:“Siz inhalator vasitəsiə gündə ya bir, ya da iki dəfə nəfəs çəkməlisiniz. Bu sizin ağ ciyər və ağ ciyər sisteminə daxil olan tozun qarşısını alır. Bu, ağ ciyər iltihabını azaldır və ağ ciyərin zədələnməsinə mane olur.”

Bu isə o deməkdir ki, bu inhalyator insanların ağ ciyərinin çirkli havadan qorunmasında mühüm bir vasitəyə çevriləcək. “Bizim xəstəliklərə səbəb olan ətraf mühitin çirklənməsi problemimiz var və hazırda bazarda olan farmasevtik prepartlar bunun qarşısı effektiv şəkildə ala bilmir. Mən düşünürəm ki, elə buna görə bizim əlimizdə çox lazımlı cihaz var.”

Yeni inhalyator yaxın aylarda Avropada ucuz qiymətə mağazalarda satışa çıxarılacaq.

XS
SM
MD
LG