Accessibility links

İsraildə həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs olan ərazidə 31 nəfər yaralanıb


Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü məlumat yayaraq bildirib ki, həm yəhudilər, həm də müsəlmanlar üçün müqəddəs sayılan Məbəd dağında baş verən zorakılıqlar zamanı 31 nəfər yaralanıb. Onlardan 14 nəfər xəstəxanaya yerləşdirilib.

Rəsmilərin dediyinə görə, fələstinlilər Əl-Əqsa məscidində olarkən daş atmağa başladıqdan sonra İsrail polisi rezin güllələr və səs qumbaraları ilə müdaxilə edib. Associated Press xəbər verir ki, polis "iğtişaşlarla mübarizə üçün tam hazır vəziyyətdədir".

Ərazi həm müsəlmanlar həm də yəhudilər üçün müqəddəs sayılır. Yəhudilərə sözügedən ərazidə ibadət etmək qadağan edilsə də, son vaxtlarda bu qadağaya məhəl qoyulmur.

Bu il həm də müsəlmanların müqəddəs Ramazan bayramı yəhudilərin Pasxa bayramı və eləcə də ortodoks xristianların müqəddəs gününə təsadüf edir. Bu da müxtəlif dinlərdən insanların ərazini ziyarət etməsinə səbəb olub.

Son zamanlarda Qüdsdə zorakılıqların artması Həmas və İsrail arasında keçən ilki 11 günlük qarşıdurmanın təkrarlana biləcəyinə dair qorxuları artırır.

XS
SM
MD
LG