Accessibility links

Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)


Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)
Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)

Hökumət öz millətini yoxsul həyat tərzinə məhkum etməkdə Qərbi ittiham edə bilməz

İngiliscə Müsahibəyə burada baxın:

Müsahibim Yaxın Şərq üzrə ekspert Məhəmməd Əl-Şinnavidir.

Sual: Avtoritar rejimlər Yaxın Şərqdə və Şimali Afrikada baş qaldıran inqilabi hərəkatların arxasında Qərbin müstəmləkəçilik maraqlarının dayandığını deyir. Sizcə bu inqilablar nədən qaynaqlanır?

Cavab: Avtoritar rejimlər hakimiyyəti əllərində saxlamaq üçün bu və ya digər ittihamlarla çıxış edir. Lakin siz o regionlara səfər etsəniz və adi insanlarla bu barədə söhbət etsəniz, onlar sizə deyərlər ki, azadlıqdan və iqtisadi imkanlardan təcrid olunmaq və təhqir olunmaqdan artıq yorulublar. Məsələn, Misirdə əhalinin 40 faizi gündə iki dollardan da az pula işləyir. Hökumət öz millətini yoxsul həyat tərzinə məhkum etməkdə Qərbi ittiham edə bilməz. Üsyanlar zamanı çəkilmiş video görüntələrə baxanda, nümayişlər keçiriliən ölkələrdə, əsasən də Misir, Tunis və Yəməndə, hətta Suriyada siz Amerika bayrağının yandırılma halları və ya İsrailin əleyhinə çıxışlar görməyəcəksiniz. İnsanlar bu nümayişlərə əhalinin sosial-iqtisadi problemlərinin həlli və azadlıqlar tələbi ilə çıxırdı.

Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)
Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)

Sual: Hal-hazırda Yaxın Şərq ölkələrində nümayişlərə çıxan vətəndaşlarla Qərb ölkələrinin maraqları üst-üstə düşür. Gələcəkdə bu maraqlar biri birinə zidd ola bilərmi?

Cavab: Bu, hər iki tərəfdən asılıdır. Məsələn, Birləşmiş Ştatların maraqları Yaxın Şərqdən təhlükəsiz neft axınını təmin etmək, İsrailin təhlükəsizliyi və regionda yaşayan xalqlar arasında dostluq münasibətlərinin təmin edilməsindən ibarətdir. Nəzərinizə çatdırım ki, dostluq ifadəsi Yaxın Şərqdə öz ölkəsinin vətəndaşlarının maraqlarına məhəl qoymayaraq, yalnız Birləşmiş Ştatların maraqlarına qulluq edən ölkə rəhbərlərinə şamil edilirdi. Bu vəziyyət indi dəyişir. Maraqlar üst-üstə düşməyə başlayır və bölgədə yaşayan insanlar Birləşmiş Ştatların super qüvvə olaraq özünün milli maraqlarına qulluq etməklə yanaşı, regionda yerli əhalinin də maraqlarına hörmət göstərməsindən ilham alırlar.

Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)
Amerikanın sesinin eksperti Məhəmməd Əl-Şinnavinin nəzərində Ərəb inqilabları (1-ci hissə)

Siz qeyd etdiyiniz kimi, hal-hazırda maraqlar uyğundur. Birləşmiş Ştatlar demokratik islahatlara dəstək verən ilk ölkə oldu. ABŞ Misirdə hələ inqilab təzə baş qaldıranda vəziyyəti müəyyən etmək üçün ölkə rəhbərinə şans versə də, sonradan Mübarəkin hakimiyyətdən getməsini istədi. Ona görə ki, misirlilərin maraqları Birləşmiş Ştatların ideoloji maraqları ilə eyni idi. Bundan sonra prezident Obama Misirə böyük iqtisadi yardım təklif etdi. Amma siz Misirdən gələn son xəbərləri oxusanız görərsiniz ki, misirlilər Birləşmiş Ştatların demokratiya quruculuğu üçün ayırdığı maliyyə yardımını istəmədi. Bu o deməkdir ki, onlar xaricdən yardım almayıb özləri Misirdə demokratik təsisatların yaradılmasına çalışır.

Prezident Mübarəkin yalnız xaricin maraqlarını təmin etməsi siyasəti avtoritar rejimin yaranmasına gətirib çıxardı. Ona görə də düşünürəm ki, gələcəkdə Qərb dövlətləri öz maraqlarını hökumətlə yox, adi insanların maraqları ilə bir araya gətirməlidirlər.

XS
SM
MD
LG