Accessibility links

İntiqam Əliyev: Siyasi məhbus olan ölkədə məhkəmə müstəqil ola bilməz


Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində məhkəmə-hüquq sistemindəki problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Sizcə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün daha hansı addımlar atılmalıdır?

İntiqam Əliyev: Fərmanla islahatları dərinləşdirmək olsa idi, gərək, bizdə dərin bir quyu olaydı, uçurum olaydı ki, biz ora düşməli idik. Çünki bu cür fərmanlardan Heydər Əliyevin vaxtında, sonra İlham Əliyevin prezidentliyi dövründə, mənim yadıma gələn bir ona yaxını olub. Təqribən eyni məzmunlu fərmanlardır. Bir neçə proqramlar olub, ən müxtəlif mövzularda. Eyni zamanda, son fərmanda öz əksini tapan məsələlərlə bağlı. İndi dərinləşdirilməsi üçün ölkədə real islahatların aparılması lazımdır, sonra onu dərinləşdirəsən. Ölkədə islahatlar yoxdur. Ona görə onu dərinləşdirməkdən söhbət gedə bilməz. İslahatlar olması üçün isə bu cür fərmanlarla yox, real iradə ilə ortalığa çıxmaq lazımdır. Real iradə isə bir sıra institutlar ki, var, onların ölkədə mövcudluğunu tələb edir. Bunlar qeyd elədiyim kimi azad seçkilərdir, hakimiyyətin bölgüsüdür, plüralizmdir və digər məsələlərdir. Bunlar olmadan heç nəyi dərinləşdirmək mümkün deyil. Olmayan şeyi necə dərinləşdirmək olar.

Amerikanın Səsi: Ekspertlər seçkili demokratiya olmadan, yəni seçki yolu ilə hakimiyyət bölgüsü olmadan məhkəmə-hüquq sistemində real islahatların mümkün olmayacağını deyir. Siz necə düşünürsünüz?

İntiqam Əliyev: Eyni şeyi deyirəm. Eyni şeyi də biz 30 ildir deyirik. Əslinə qalsa mən, gözümü açandan bu şeyləri deyirik. Gözümü açandan hakimiyyət bu cür fərmanlarla, proqramlarla, yalanlarla toplumun, beynəlxlaq təşkilatların başını aldadır. Mən xatırlayıram ki, hər dəfə fərmanlar veriləndən sonra beynəlxalq təşkilatları, ATƏT-i, Avropa Şurası, BMT-si və digərləri böyük ümidlərlə bizdən soruşurlar ki, dəyişəcək? Biz də deyirdik ki, dəyişəsi deyil, çünki ölkədə məhkəmə sisteminin müstəqilliyi, qeyd elədiyim ki, sizin qeyd elədyiniz kimi, ekspertlərinizin qeyd elədiyi kimi, eyni zamanda çoxlu sayda beynəlxalq təşkilatların elə qətnamələrində, sənədlərində öz əksini tapdığı kimi azad seçkilərdən keçir. Azad seçki olmadığı ölkədə, müstəqil parlament olmadığı ölkədə məhkəmə müstəqil ola bilməz. Bu həm də, qeyd elədiyim kimi, sizin də qeyd elədiyiniz kimi azad medianın, azad vətəndaş cəmiyyətinin olmasını tələb edir. Çünki onlar məhkəmələrin fəaliyyətinə nəzarət edən qurumlardır. Təsəvvür edin ki, əgər, jurnalistləri məhkəmə proseslərinə buraxmırlarsa, məhkəmə proseslərinə buraxılan jurnalistlərə hətta yazmağı da qadağan edirlərsə, qeyd götürməyi qadağan edirlərsə, - mən video çəkilişi və s. qoyuram bir kənara, - bunlar əslində indiki dövrdə çox böyük şeylər sayılır, belə bir şəraitdə çox çətindir demək, bunlar hamısdı olmasa o fərman kağız olaraq qalacaq, bundan əvvəlki çox sayda kağızlar kimi.

Amerikanın Səsi: Hüquq müdafiəçiləri tərəfindən 87 şəxsin siyasi məhbus kimi tanındığı, Amnesty İnternational təşkilatı tərəfindən onadək insanın “vicdan məhbusu” elan edildiyi bir şəraitdə fərmanda məhkəmə sədrlərinə, hakimlərə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması üçün fəaliyyətlərində ədalətli olsunlar. Sizin fikriniz?

Mümkün deyil məhkəmənin müstəqil olması. Siyasi məhbus varsa, bu, o deməkdir ki, məhkəmələrə basqılar var.

İntiqam Əliyev: Mənim fikrim odur ki, məhkəmələrin əgər hakimiyyət ədalətli olmasını istəyirsə, məhkəmələrə təzyiqlərə son qoymalıdırlar. Adamları qanunsuz, siyasi motivlərlə tutmağa son qoymalıdırlar. Bir neçə gün bundan qabaq Bayram Məmmədovu, sən əfv edirsən, üstündən üç-dörd gün keçməmiş prezident barədə, və ya kimsə barədə çıxışlarını götürüb, təzədən tutursan, basırsan həbsxanaya və işgəncələrə məruz qoyursan. Təbii ki, hamı bilir ki, bu ölkədə göstəriş səndən gəlir. Bu anlamda siyasi məhbus olan ölkədə məhkəmə müstəqil ola bilməz. Mümkün deyil məhkəmənin müstəqil olması. Siyasi məhbus varsa, bu, o deməkdir ki, məhkəmələrə basqılar var. Yəni arxasında bu dayanır. Ona görə o da növbəti nağıllardan biridir.

Amerikanın Səsi: Fərmanda Vəkillər Kollegiyasına tövsiyə edilir ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınmasından üçün tədbirləri gücləndirsin. Bu tədbirlər nə ola bilər?

İntiqam Əliyev: Əslində, fərmanın bu hissəsi də ölkədə qanunçuluğun durumunun və ölkədə vəkilliyin durumunun göstəricisidir. Çünki hakimiyyət qurumu müstəqil bir peşə assosiasiyasına göstəriş verir ki, sən hakimlərlə vasitəçilik eləmə də. Bu həm də ölkədə məhkəmə sistemində korrupsiyanın etirafıdır. Uzun illərdir belə bir şeylər olanda inkar edirlər. Bu prezident səviyyəsində etirafıdır, ayıb bir şeydir. Günahkar vəkillər deyillər, günahkar sistemdir, günahkar hakimləri, məhkəmə sistemini korrupsiyaya bulaşdıran idarəçilikdir. Vəkillər də vasitəçilərdir. Vəkillərə sən tapşırsanda ki, rüşvət vermə. Bu sistemdə rüşvəti vəkil verməyəcək, başqası verəcək. Vəkillər rüşvət verəcək. Çünki bilirlər ki, rüşvət alan hakimə görə, rüşvət verməyə görə bu ölkədə adam cəzalandırılmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG