Tel-Əviv fələstinlilərə qarşı davranışa boykot edən İisrail fəallarını dəstəklədiyinə görə Human Rights Watch təşkilatının İsraildəki nümayəndəsini ölkədən çıxarır.
İsrailin Ali Məhkəməsi hökumətin Human Rights Watch-un İsrail və Fələstin üzrə direktoru Ömər Şakirin bazar ertəsi ölkəni tərk etməsi barədəki qərarını qüvvədə saxlayıb.
İsrail BMT-nin diplomatları da daxil edilməklə, boykotu dəstəklədiyini bildirən şəxslərin ölkəyə girişinə rədd cavabı verib. Lakin ölkə daxilindəki hansısa nümayəndənin ölkədən qovulmaq barədəki qərar ilk dəfə verilir.
“Məhkəmənin Netanyahu hökumətinin qərarını müdafə etməsi insan haqlarının müdafiəsinə hücumda bir qanunauyğunluq yaratdı ki, bu da bir çox insana təsir edəcək təhlükəli presedentdir" - deyə, Ömər Şakir bildirib.
Human Rights Watch təşkilatının icraedici direktoru Kennet Rot isə deyib ki, demokratiyanın bir insan haqları üzrə nümayəndəni ölkədən qovmasını birinci dəfə görür.