Accessibility links

Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi köməklik göstəriləcək


Saleh Rüstəmov
Saleh Rüstəmov

"Hələlik vəkillər nə qardaşım Saleh Rüstəmov, nə də qardaşım oğlu Vidadi Rüstəmli ilə görüşə bilməyib".

Bu barədə Gədəbəy rayonun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, vəkillər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və 1 saylı Bakı İstintaq Təcridxanasında olublar.

“Ancaq hər iki qurumda Saleh Rüstəmov və Vidadi Rüstəmlinin orada saxlanılmadığını bildirblər. Biz Ombudsman Aparatının qaynar xəttinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etmişik. Lakin həmin institutların nümayəndələri də hələ Saleh Rüstəmov və Vidadi Rüstəmli ilə görüşə bilməyib. Biz qardaşımın və qardaşım oğlunun taleyindən çox narahatıq”, Taleh Rüstəmov qeyd edib.

Öz növbəsində, Ombudsman Aparatından Amerikanın Səsinə bildirblər ki, Saleh Rüstəmovla bağlı vəkili tərəfindən müraciət olunub.

“Saleh Rüstəmovun saxlanıldığı yerlə bağlı (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır) vəkilinə məlumat verilib. Hazırda müraciətlə bağlı icraat davam etdirilir, lazımi köməklik göstirələcək”, Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər.

Saleh Rüstəmovun vəkili apellyasiya şikayəti verib və mayın 16-da saat 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Mayın 12-də Vidadinin dayısı oğlu Azər Adamov Türkiyədən gələrkən Bakı aeroportunda saxlanılıb. Mayın 13-də Vidadinin dostu, Rusiya vətəndaşı olan Bəhruz Tağıyevi Gədəbəydə saxlayıb Bakıya gətiriblər

XS
SM
MD
LG