Accessibility links

Rüfət Səfərova işgəncə verilib-verilməməsi araşdırılır


Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

Bakının Xəzər rayon Prokurorluğu keçmiş müstəntiq Rüfət Səfərova 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə verilib-verilmədiyini araşdırır. Prokurorluğun əməkdaşı bu gün həmin müəssisədə cəza çəkən R.Səfərovla görüşüb. Bu barədə keçmiş müstəntiqin vəkili Bəhruz Bayramov bildirib.

Müdafiə tərəfi iddia edir ki, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb.

"Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə ona zor tətbiq edilməsi - qolunun bağlanması, işgəncə verilməsi barədə məlumat verib".

B.Bayramov deyir ki, bununla bağlı araşdırıma aparılması üçün prokurorluğa müraciət edib və müraciət əsasında R.Səfərovun işgəncəyə və qeyri-insani davranışa məruz qalması araşdırılmağa başlanıb və prokurorluq əməkdaşı R.Səfərovdan izahat alıb.

Xatırladaq ki, R.Səfərov 2015-ci ilin dekabrında bəyanat verərək, hüquq-mühafizə orqanlarından çıxıb. O, hüquq mühafizə orqanlarının fəaliyyətini kəskin tənqid edib. Daha sonra ona qarşı rüşvət almaq ittihamı irəli sürülüb.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib. R.Səfərov sentyabrda cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınmışdı. Ona 9 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi ilk vaxtlarda da "kars" cəzası verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG