Accessibility links

Sərdar Hacıhəsənlinin hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirilib


Sərdar Babayev
Sərdar Babayev

Bakıda Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, “Maide.az” saytının baş redaktoru Sərdar Hacıhəsənlinin (Babayev) hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirilib. Bu barədə Azərbaycan Ruhanilər Məclisi məlumat yayıb.

Tədbirdə Sərdar Hacıhəsənlinin həbsinə etiraz, bu həbsin yerli və beynəlxalq hüquqa ziddi olduğu bəyan edilib.

Sərdar Hacıhəsənli barəsində bu il fevralın 22-də həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.

İttiham tərəfi Hacıhəsənlinin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Sərdar Hacıhəsənli ittihamı qəbul etmir və yerli hakimiyyət nümayəndəsinin sifarişi hesab edir.

Toplantıda çıxış edən ruahnilər həbsi əsassız sayıb, xarici ölkələrdə dini təhsil alanların Azərbaycanda dini mərasim aparmasına yasaq qoyulmasını islama, dinə qarşı addım sayıblar.

“Müsəlman ölkəsi kimi, hər bir sahədə, o cümlədən, iqtisadiyyat, siyasət və digər elmlər üzrə insanlar ölkə hüdudlarından kənarda təhsil alır və geri döndükdən sonra ölkədə öz fəaliyyətlərini göstərirlər. Burada İslam dininin xüsusi vurğulanması kənardan açıq-aşkar görünür ki, hədəf alınan obyekt İslam dinidir”. Azərbaycan Ruhanilər Birliyinin üzvü Cəlal Şəfiyev bildirib.

Nardaran ağsaqqallarından Hacıağa Nuri Sərdar Hacıhəsənlini vətənpərvər, dövlət və dövlətçiliyə dəyər verən insan kimi dəyərləndirib: “Hacı Sərdar heç vaxt nə dövlət, nə də dövlətçilik əleyhinə heç bir addım atmayıb. O, danışığını, oturuşunu, duruşunu bilən biridir. Onun namaz qılmağa görə ittiham olunaraq həbsi gülməlidir”, o qeyd edib.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu hesab edir ki, burada məsələ təkcə S.Hacıhəsənlinin həbsi deyil, uzağa gedən mətləblər var: “Həm də yeni bir presedentin yaranmasına, yeni bir nümunənin ortalığa qoyulmasına şərait yaranır. Deməli, əgər bu (hüquqi) presedent yaranacaqsa, növbəti həftələrdə, növbəti aylarda Azərbaycanın hər yerində kütləvi halda bir çox ruhanilərin həbsi gözləniləndir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG