Accessibility links

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsi təqdim olunub [Video]


"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsi
"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsi

Layihə Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən dəstəklənir

Bakıda Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri, Azərbaycan hökuməti “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” (ENCT) layihəsinin açılış mərasimini keçirib.

"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı
"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı

Mərasimdə Azərbaycanın xarici işlər nazirnin müavini Mahmud Məmməd-Quliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak, Azərbaycanın rəsmi qurumlarının təmsilçiləri, ölkədə akreditə olunun diplomatik korpusların nümayəndələri, QHT rəhbərləri iştirak edib.

Layihə Avropa İttifaqının əsas və BMqT Beynəlxalq İnkişaf Fondunun müştərək dəstəyi ilə maliyyələşdirilir.

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi 2016-2018-ci illərdə icra olunacaq və insan alveri ilə mübarizədə Azərbaycan hökumətinə dəstək verilməsini hədəfləyir. Layihənin əsas məqsədi insan alveri qurbanlarına çevrilmiş şəxsləri, potensial qurbanları müdafiə etmək, insan alveri qurbanlarının hüquqlarını qorumağa imkan yaradan məhkəmə səlahiyyətlərinin yaradılmasına kömək göstərmək, qurbanların müdafiəsi üzrə yerli vəbeynəlxalq əməkdaşlığı artırmaqdır.

Mahmud Məmməd-Quliyev
Mahmud Məmməd-Quliyev

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, insan alveri ilə mübarizə Azərbaycan hökumətinin siyasətinin vacib prioritetlərindən biridir. Azərbaycan Xarici İşlər Nazirliyi bu layihənin həyata keçirilməsinə dəstək verməyə hazırdır.

“Layihə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış yerdəyişmə sahəsində əməkdaşlığa təkan verəcək. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inlkişafında və dialoqun dərinləşməsində maraqlıdır”, o qeyd edib.

Nazir müavininin fikrincə, bu kimi layihələr ikitərəfli əməkdaşlığı genişləndirmək üçün böyük imkan açır.

Mahmud Məmməd-Quliyev və Malena Mard
Mahmud Məmməd-Quliyev və Malena Mard

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, insan alverinə qarşı mübarizə Aİ-nin təhlükəsizlik və insan hüquqlarının qorunması sahəsində vacib prioritetlərindəndir.

“Təəssüf ki, bu sahədə son vaxtlar artım müşahidə edilir. Ona görə, bu sahədə əməkdaşlıq çox vacibdir”.

"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı
"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı

Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov ölkədə insan alveri sahəsində statistikanı açıqlayaraq insan alveri cinayətlərinin ümumi cinayətlərin bir faizindən azını təşkil etdiyini söyləyib.

“Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür. Məsələn, 2015-ci ildə 26916 cinayət işindən 128-i, 2016-cı ildə 26611 cinayət işindən 166-sı insan alveri cinayətidir. 12 ildən artıq vaxtda 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi, o cümlədən 100-dən çox mütəşəkkil dəstə, qrup məsuliyyətə cəlb olunub. 761 insan alveri qurbanı müəyyənləşdirilərək cəmiyyətə inteqrasiya edilib”.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak insan alveri məsələsinin dünyada ən mühüm problemlərdən biri olduğunu diqqətə çatdırıb.

"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı
"Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılışı

“Miqrasiya problemləri tarixdə ən yüksək nöqtəsinə çatıb. Hazırda dünyada 250 milyon beynəlxalq miqrant, 750 milyon daxili miqrant var. Təkcə 2105-ci ildə 25 milyon qaçqın, 40 milyon daxiliqaçqın olub.

“Miqrasiya prosesi inkişafa təkan versə də böyük problemləri də diqqətə gətirir. Mütəşəkkil cinayətkarlığın ən qəddar formasl insan alveridir. Hər il 10 minlərlə insan qurbana çevrilir. 2015-ci ildə 78 000 insan qurbana çevrilib. Həqiqətdə isə bu rəqəm daha böyükdür”, o qeyd edib.

S.Aktoprak Azərbayxcanın insan alveri sahəsində gördüyü işləri müsbət xarakterizə edib.

“Ümid edirik ki, bu layihə də uğurla icra olunacaq və başqa ölkələr üçün model olacaq”, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak bildirib.

Serhan Aktoprak: "Azərbaycan insan alveri sahəsində daha çox mənbə ölkədir"
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Sonda BMqT-nin Azərbaycandakı nümayəndəliyinin miqrantlara yardım bölməsinin rəhbəri Şaren Tuladhar layihəni təqdim edib.

XS
SM
MD
LG