Accessibility links

Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı Brüsseldə brifinq keçirilib


İnsan hüquqları
İnsan hüquqları

"Şərq Tərəfdaşlığı"nın beşinci sammiti ərəfəsində çərşənbə günü Brüssel mətbuat mərkəzində Azərbaycanda insan hüquqlarının pozulması problemlərinə həsr olunmuş brifinq keçirilib.

Auditoriya qarşısında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus çıxış ediblər.

Onlar son vaxtlar ölkədə insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyini, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin, blogerlərin, dindarların təqib edildiyini bildiriblər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, həbsxana divarları arasında da təzyiqə son qoyulmur, həbs olunanların bir çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalır.

Hakimiyyət etirazçı səsləri tamamilə boğmağa çalışır, tənqidçi saytları bloklayır, blogerləri uydurma ittihamlarla təqib edir.

Qeyd edilib ki, Avropa Şurası, Avropa İttifaqının institutları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə biganə qalmamalı, Avropada Bakının imicini yüksəltməyə çalışan Bakının lobbiçilərinə qarşı mübarizə aparmalıdır.

Hüquq müdafiəçiləri həmçinin Avropa İttifaqı ölkələrini Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Öz növbəsində, rəsmi Bakı ölkədə insan hüquqlarının təmin edildiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.

XS
SM
MD
LG