Accessibility links

Rauf Talışinski vəfat edib


Rauf Talışinski
Rauf Talışinski

“Exo” qəzetinin təsisçisi və baş redaktoru Rauf Talışinski mayın 8-də Bakıda vəfat edib. Bu barədə Amerikanın Səsinə onun qardaşı Aydın Talışinski məlumat verib.

Onun sözlərinə görə, R.Talışinski ürək tutmasından dünyasını dəyişib.

T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.

27 yanvar 2001-ci ildən "Exo" qəzetinin təsisşisi və baş redaktoru idi.

XS
SM
MD
LG