Accessibility links

Dövlət Departamentinin nümayiş etdirdiyi filmdə İlqar Məmmədovun ailəsi də var [Video]


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Dövlət Departamenti siyasi motivlərlə həbsdə olanların ailələri ilə bağlı kampaniyaya başlayıb

Siyasi məhbuslar cəza müddətini tək çəkmirlər. Siyasi məhbusların ailələri və yaxınları onların həbsinin yaratdığı çətinlikləri dərindən hiss edir və onlarla birlikdə cəzanı çəkirlər. Həyat yoldaşları, övladları, valideynləri, qardaş və bacıları, bütün cəmiyyət onlarla birgə cəza çəkir.

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə Dövlət Departamenti #FreeToBeHome haştag-ı altında siyasi motivlər əsasında və öz fikirlərini azad şəkildə ifadə etdiklərinə görə həbs olunan insanlar və onların ailələri haqqında hekayələri özündə əks etdirən kampaniyaya başlayıb.

“Siz də bu cəsarətli insanların hekayələrini paylaşın. Çünki, biz inanırıq ki, birlikdə onların öz evlərində azad yaşamalarını tələb edə bilərik”, Dövlət Departamentinin nümayiş etdirdiyi filmdə deyilir.

Kampaniyanı əks etdirən filmdəki süjetlərdən biri də Azərbaycan REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun ailəsindən bəhs edir.

Filmi təqdim edirik:

XS
SM
MD
LG