Accessibility links

Instagram-ın qurucuları istefa verib


Instagram-ın qurucuları istefa verib
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Instagram-ın qurucuları istefa verib

Instagram şəbəkəsinin qurucuları Kevin Sistrom və Mayk Krieqer istefa verib. Onlar uyğun olaraq sosial şəbəkənin rəhbəri (CEO) və baş texniki rəhbəri vəzifəsini tuturdular.

Instagram Facebook-un gəlirləri sürətlə artan xidmətidir.

Bir neçə ay öncə isə Facebook-a məxsus WhatsApp mesajlaşma əlavəsinin yaradıcılarından Can Koum da vəzifəsindən getmişdi.

Sistrom bazar ertəsi bloqunda yazıb ki, Krieqer ilə birlikdə fasilə götürməyi, “maraq və kreativliyimizi tədqiq etməyi” planlaşdırırıq.

Zukerberq bəyanatında bu iki şəxsi “qeyri-adi məhsul liderləri” adlandırıb.

“Son altı ildə onlarla birlikdə işləməkdən çox şey öyrənmişəm və bundan doğrudan zövq almışam. Onlara uğurlar arzulayır, bundan sonra nə quracaqlarını səbirsizliklə gözləyirəm” – deyə, o bildirib.

Instagram və Facebook indiyədək müstəqil işləyib, bir-birinə dəyib-dolaşmayıb. Amma Facebook-a təzyiq artdıqca Zukerberq və digər liderlər əsas platformadan kənar xidmətlərə də nəzarət etməli olublar.

Söhbət fərdi gizliliyin qorunmasından, sosial mediadan asılılıqla mübarizədən, dezinformasiya və saxta xəbərlərin önlənməsindən gedir.

Facebook Instagram-ı 2012-ci ildə 1 milyard dollara alıb. Bu foto-paylaşım əlavəsinin hazırda ayda 1 milyardddan çox aktiv istifadəçisi var.

XS
SM
MD
LG