Accessibility links

Güney təşkilatları Nyu-Yorkda ‘İranın Gələcəyi’ toplantısına qatılıblar


“Güney Azərbaycan Milli Hərəkatına” mənsub bir neçə təşkilat və bəzi türk fəallar Nyu-York şəhərində təşkil olunan “İranın Gələcəyi Üçün Beynəlxalq Konvensiya”-ya qatılıblar.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyası ilə eyni günlərdə keçirilən toplantı “Nüvə İrana Qarşı Birlik” (UANI) təşkilatının təşəbbüsü ilə keçirilib.

Konvansiyada iştirak edən İranın türk, ərəb, kürd və bəluç icmalarına mənsub təmsilçilər “qeyri-fars millətlər üçün öz müqəddəratını təyin etmə haqqının” tanınmasına zəmanət verilməsinin zəruri olduğunu önə çəkiblər.

Al-Monitor internet qəzetinin yaydığı məlumata görə, “Azərbaycan Mərkəzi Partiyası”, “Əhvazın Azadlığı Üçün Ərəb Mücadilə Hərəkatı”, “Bəluçistan Xalq Partiyası”, “Federal İranın Milliyətləri Konqresi”, “Xalqın Mücahidləri Təşkilatı”, “İran Xalq Fədailəri Gerillaları Təşkilatı”, “ABŞ Azadlıq və İnsan Haqları Fondu”, “Güney Azərbaycan Demokrat Partiyası”, “İran Kürdüstanı Mücadilə Təşkilatı” və “Amerikalı İranlı Cəmiyyətlərin Birliyi” kimi siyasi təşkilatlar bu konvansiyada iştirak ediblər.

Sosial mediada yayılan xəbərlər və görüntülərə istinadən, İranın siyasi qrupları və müxtəlif etnik icmalara mənsub təşkilatların təmsilçiləri toplantının müxtəlif panellərində nitqlər söyləyib və siyasi tələblərini açıqlayıblar.

Həmçinin ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani sentyabrın 24-də iştirakçılara danışıb. O, İranda rejim dəyişikliyini dəstəklədiyini ifadə edib.

Konvensiyada iştirak edən İranın türk, ərəb, kürd və bəluç icmalarına mənsub təmsilçilər “qeyri-fars millətlər üçün öz müqəddəratını təyin etmə haqqının” tanınmasına zəmanət verilməsinin zəruri olduğunu önə çəkiblər.

Toplantıda iştirak edənlərdən “Azərbaycan Mərkəzi Partiyasının” başqanı Saleh Kamrani deyib ki, “biz çoxmillətli, çoxmədəniyyətli və çoxdilli bir İrana inanırıq.”

Saleh Kamrani, Azərbaycan Mərkəzi Partiyasının başqanı
Saleh Kamrani, Azərbaycan Mərkəzi Partiyasının başqanı

“Güney Azərbaycan Demokrat Partiyasının” başqanı Mahmud Bilgin “Güney Azərbaycan təmsilçilərinin konvansiyanın yekun qətnaməsinə qol çəkməkdən imtina ettiklərini” bildirib.

Bilgin öz Facebook səhifəsində paylaşdığı bir videoda bunları deyib:

“Çalışdılar ki, biz və onların (Xalqın Mücahidləri və digər təşkilatlar) arasında bir qətnamə verilsin. Biz [sözümüzdə] durduq ki, gərək Güney Azərbaycanın öz müqəddəratını təyin etmə [haqqı], habelə türk dilinin rəsmi olması, qətnamədə vurğulansın. Belə bir yekun qətnamə olsa bir bunu imzalarıq, yoxsa qol çəkmərik. Beləliklə, bunu edə bilmədilər, gərginlik yarandı, bir-iki saat mübahisədən sonra biz masaya getməkdən imtina ettik və qol çəkmədik.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG