Accessibility links

Beynəlxalq təşkilatlar jurnalist Polad Aslanovun hüquqlarının pozulduğunu bildirir


Logo organisasi keselamatan jurnalis, Wartawan tanpa Tapal Batas (RSF) dalam sebuah jumpa pers di Paris, Perancis, 25 April 2018. (Foto: AFP)
Logo organisasi keselamatan jurnalis, Wartawan tanpa Tapal Batas (RSF) dalam sebuah jumpa pers di Paris, Perancis, 25 April 2018. (Foto: AFP)

“Sərhədsiz Reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyib.

Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxılmasını gecikdirməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır.

Bu barədə hər iki təşkilat öz Tvitter hesabında yazıb.

2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi Tvitterdə Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.

"Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir," təşkilatın məlumatında deyilir.

Azərbaycan hakimiyyəti ölkədə insanların hüquq qarşısında bərabər olduğunu, fundamental azadlıqların tam təmin edildiyini bildirir. Bununla yanaşı, “2021 Dünya Mətbuat Azadlığı İndeksi”ndə Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG