Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsi AXCP üzvü ilə görüşüb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri Əlizamin Salayevin on gündən çoxdur aclıq etdiyi bildirilir.

AXCP-dən verilən məlumata görə, Əlizamin Salayev həm qanunsuz həbsinə, həm də oğlunun avtomobilindən oğurluqla bağlı obyektiv araşdırma aparılmamasına, oğurlanmış qızıl-zinət əşyalarının tapılıb qaytarılmamasına etiraz olaraq aclıq edir.

İyulun 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Əlizamin Salayevlə görüşüb. Onun durumu və saxlanma şəraiti ilə maraqlanıblar.

Əlizamin Salayev Salyan Rayon Polis Şöbəsində saxlanılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti AXCP fəalının aclıq etdiyini təsdiqləyib. Lakin DİN rəsmisi Əlizamin Salayevin iki gündür aclıq etdiyini bildirib.

AXCP fəalı iyulun 7-də həbs edilib. Onun barəsində Salyan Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarılıb.

Əlizamin Salayev iyulun 7-də günorta saatlarında Salyan şəhərindəki mərkəzi parkda etiraz aksiyası keçirərkən “Facebook” hesabından canlı yayım açıb. O bildirib ki, oğlu Oqtay Salayevin avtomobilindən xeyli vaxtdır oğurluq olub. Lakin cinayətin üstü açılmır. O, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, Salyan rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərovdan şikayətlənib.

Canlı yayım davam etdiyi vaxt polis əməkdaşları yaxınlaşıb, daha sonra Əlizamin Salayev Salyan Rayon Polis Şöbəsinə aparılıb. Təxminən 4-5 saat sonra isə onun haqqında həbs qərarı verildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin onun həbsilə bağlı yaydığı məlumatda iddia olunur ki, Əlizamin Salayev sərxoş vəziyyətdə mərkəzi parkda ictimai asayişi pozub, səs-küy salıb. Polis əməkdaşları onu intizama dəvət etsələr də, onların qanuni əmrinə tabe olmayıb, müqavimət göstərib. Bu səbəbdən saxlanılaraq, Salyan Rayon Polis Şöbəsinə gətirilib. Orada barəsində inzibati protokol tərtib edilib, ardınca da məhkəməyə aparılıb.

Lakin AXCP fəalı həmin vaxt sərxoş olması haqda deyilənləri təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG