Accessibility links

İnterpol: 40-a yaxın insan qaçaqmalçısı ələ keçirilib


İnterpol
İnterpol

İnterpolun bildirdiyinə görə, 40-a yaxın insan qaçaqmalçısı ələ keçirilib. 500-ə yaxın insan azad edilib.

Fransada yerləşən beynəlxalq polis agentliyinin bəyanatında bildirilir ki, azad edilənlərin 236-sı azyaşlı uşaq olub.

Əməliyyatlar cari ayn əvvəlində Çad, Mali, Mavritaniya, Niger və Seneqalda keçirilib.

İnterpol bildirib ki, şübhəlilər bu insanlardan dilənçilik və fahişəlik üçün istifadə edirdi. Onlar nəyat şəraitinin insanlığa zidd olduğu deyilib.

Əməliyyat Almaniya hökumətinin maliyyələşdirdiyi Sahil layihəsinin bir hissəsi olaraq həyata keçirilib. Bu təşəbbüs insan qaçaqmalçılarını hədəf alır.

İnterpolun bildirdiyinə görə, rəsmilər əməliyyatdan sonra bir araya gələrək, sərhədlərin insan alveri və qaçaqmalçılardan qorunması üçün növbəti addımları müzakirə edib.

XS
SM
MD
LG