Accessibility links

Amerikada intihar halları artır [Video]


Birləşmiş Ştatlarda intihar halları artmaqdadır. Hökumətin yeni açıqladığı hesabata əsasən, 2016-cı ildə 45,000 nəfər intihar edib ki, bu rəqəm qətl hallarından ikiqat çoxdur. Son 30 ildə 15-dən 34 yaşadək gənclər arasında intihar hallarının sürətlə artdığı, bu intiharlar arasında dizayner Keti Speyd və aşpaz Entoni Burdeyn kimi məşhurların da olduğu bildirilir.

Şöhrət və pul xoşbəxtlik demək deyil. Keti Speyd və Entoni Burdeynin öz əlləri ilə vaxtsız ölümləri ictimaiyyətin onları müvəffəqiyyətli hesab etmələri aldadıcı olub. Bu həm də Amerikada belə bir reallığın artmaqda olduğunu nümayiş etdirir. Corc Vaşinqton universitetindən Ceyms Qriffits:“Bizim əhalinin demək olar ki, 17 faizi vaxtaşırı özlərinə sual verir – mənim həyatım dəyərlidirmi? Bu, intiharı proqnozlaşdırma olmasa belə, həyat haqda olan belə fikirlər çoxlarında yaşamaq barədə suallara səbəb olur. Beləliklə, əgər siz hansısa məşhurun bunu etdiyini görürsünüzsə, bu, reallıqdır.”

Təhlilçilərin dediyinə görə, ən qorxulusu isə məşhurların intiharının yoluxucu olmasıdır. Hər hansı bir məşhur insanın intiharının təkrarına copy-cat, ya da XVIII əsrin yazıçısı Gotenin yaratdığı obraz - Verterin adı ilə bağlı “Verter effekti” deyilir. Gotenin qəhrəmanı intihar etdikdən sonra Avropada bu əsəri oxuyan onlarla insan intihar etmişdi. Eyni şey 2014-cü ildə, Amerika aktyoru Robin Villiams özünü öldürdükdən sonra təkrar olundu.

Speyd və Burdeynin ölümündən sonra qaynar xətlərə intiharlar barədə gələn zənglərin sayı 65 faiz artdı. Təhlilçi Cenifer Hiçt: “Əgər bu metod populyarlaşır və yamsılanırsa, deməli, bu metod haqda danışmaq lazım deyil.”

7 yaşında ikən intihara cəhd edən Lia Herisə heç bir məşhurun təsiri olmamışdı. Həkimlər ona anti-depresant yazana qədər o, bir neçə dəfə intihara cəhd etmişdi. Lakin dərmanlar həmişə kömək etmir. “İntihar edən bir çox insan artıq dərman da daxil olmaqla, müalicə olunurdu. Dərman məsələsi isə cəmiyyətdə son dərəcə mübahisəlidir. Lakin mən, uşaq ikən və böyüdükdən sonra da anti-depresant qəbul edən bir insan kimi sizə onu deyə bilərəm ki, bu, mənim intihar hisslərimi daha da gücləndirirdi” deyə, Lia Herisə bildirir.

Hər altı amerikalıdan biri anti-depresant qəbul edir. Lakin Xəstəliklərə Nəzarət Mərkəzləri deyirlər ki, depressiya və ruhi xəstəliklər bütövlükdə intihar hallarının yalnız yarısına səbəb olur. Digər yarısına isə insanlar arasında münasibətlər, maliyyə problemləri və narkotik maddələrdən asılılıq səbəb olur.

Ekspertlər qarşısı alınmadığıl təqdirdə bu problemin daha da dərinləşəcəyini deyirlər.

İntihar hazırda Birləşmiş Ştatlarda ölümün 10 səbəbindən biridir və çoxları bunun qarşısını nə pul, nə də şöhrətin ala bilməyəcəyini anlamağa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG