Accessibility links

"İntihar həddinə çatdıran" ağrıları aradan qaldıran əməliyyat [Video]


"İntihar həddinə çatdıran" ağrıları aradan qaldıran əməliyyat
please wait

No media source currently available

0:00 0:03:06 0:00

"İntihar həddinə çatdıran" ağrıları aradan qaldıran əməliyyat

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, dünya boyu təxminən 25 milyon insan onurğa beyninin zədələnməsindən əziyyət çəkir. Bu, iflicə yol açır və insanların əl və ayaqlarından istifadə etmələrini çətinləşdirir. Onurğa beyninin zədələnməsinin az bilinən yan təsiri nevropatik ağrıdır. Bu, bədənin düzgün hissiyatı olmayan hissələrində elektrik şok və bıçaq zərbəsi hissi yaradır. Bu halların təxminən 10 faizində nevropatik ağrı o dərəcədə amansız olur ki, ağrıdan əziyyət çəkənlər inithar etməyi düşünür. Bir çox ağrı eksperti hesab edir ki, ağrı “insanların başında” olur və bu, terapiya ilə dərmanlar vasitəsilə nəzarət altında saxlanıla bilər. Denverli nevrocərrah isə daha da uğurlu bir yol tapıb – o, beyini müalicə etmək əvəzinə zədələnmiş onurğa beynindəki “qaynar nöqtələri” sakitləşdirir.

Əlil arabasında olmaq Con Forbsu heç vaxt yavaşıtmayıb. Lakin 14 il öncə onurğa beyni zədələndikdən bəri ilk dəfə olaraq Forbs deyir ki, bir şey az qala onun yaşamaq istəyini öldürmüşdü. Bu isə onun bədədinin iflic olduğu yerlərində hiss etdiyi ağrılar – elektik şokuna bənzər ağrılar idi.

“Ağrı dəhşətli və dözülməz idi. Heç vaxt da dayanmırdı. Səhər oyananda, axşam yatanda, bütün günü bu ağrılar olurdu,” deyə Forbs bildirir.

Forbs paradoksal bir şəkildə ağrıların bədənin artıq normal hissiyata sahib olmadığı yerlərində hiss olunduğunu deyir.

“Mən, demək olar ki, bütün dərman növlərindən istifadə etdim, idman etməyə çalışdırm və ağrını dayandırmaq üçün bir çox başqa üsula əl atdım. Amma heç biri kömək etmədi. Mən sərmayə bankında çalışdırdım, işdən ayrıldım və artıq buna bir çarə tapmaq zamanının gəldiyinə qərar verdim," o deyir.

Forbs Denverdə “intihar ağrı”sını kəsmək üçün onurğa əməilyyatı aparan bir nevrocərrahın olduğunu öyrəndi.

“Xəstələr mənim yanıma son çarə olaraq gəlir,” deyə doktor Falci bildirir.

Skot Falci Denverdə onurğa beyninin zədələnməsinin reabilitasiyasında ixtisaslanmış Craig Hospitalının baş nevrocərrahi məsləhətçisidir. Falci deyir ki, xəstələr bu hospitala digər həkimlər onların ağrılarının “başlarında” olduğunu deyəndən sonra gəlirlər.

“Bizim xəstələrin çoxunda bunun psixoloji və ya psixiatrik problem ola biləcəyi deyilir,” o bildirir.

Ancaq Falci deyir ki, bu, onurğa beynindəki problemdir. Bunu aradan qaldırmaq üçün, Falcinin əməliyyat komandası onurğa beynini üzə çıxarmaq üçün onurğa sütununu açır. Onlar bütün bədədəki sinirlərin siqnallarını onurğa sümüyünə göndərdiyi kiçik nöqtələri axtarırlar və sonra bu nöqtələrdə elektik hiperaktivliyi yoxlayır. Daha sonra isə Falci bu nöqtələri demək olar qaynadaraq buxarla öldürür.

Əməliyyat riskli olsa da, Falci bunu ifrat nevropatik ağrını aradan qaldırmağın ən effektiv yolu adlandırır.

Skot Falci: “85 faiz hallarda biz bıçaq zərbəsi, yanıq, eletrik şoku kimi ağrıları aradan qaldırıq."

Falci deyir ki, bu, insanların həyatını dəyişər. Con Forbs üçün isə bu həqiqətən də belə oldu.

Əməliyyatdan iki ay sonra Forbs Koloradı ştatının xəzinədar müavini olaraq yeni işə başladı.

“Ağrılarım tamamilə getməyib, amma artıq rahat yaşaya bilirəm və yaşamaq da istəyirəm...Çox şükür doktor Falci mənim həyatımı qurtardı,” deyə Forbs bildirir.

Falci deyir ki, onun komandası daha az riskli əməliyyat üsullarının üzərində işləyir. O, insan bədəninin xəsarət və ağrılara necə tab gətirdiyinə dair daha çox şeyin kəşf olunacağından əmindir.

XS
SM
MD
LG