Accessibility links

Ali Məhkəmə İntiqam Əliyevin kassasiya şikayətinə baxır [Video]


Vəkil Cavad Cavadov İntiqam Əliyevə bəraət istəyib
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Vəkil İntiqam Əliyevə bəraət istəyib

Yanvarın 26-da Ali Məhkəmədə Gülzar Rzayevanın sədrliyi ilə həbsdə olan hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin kassasiya şikayətinə baxılması prosesi başlayıb.

Vəkilin çıxışından sonra “sənədləri tədqiq etmək” zərurətinin yaranması ilə əlaqədar hakim dinləmələri fevralın 24-nə qədər təxirə salmağı qərara alıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergilərdən yayınma, sui-istifadə, qanunsuz sahibkarlıq və israfçılıq ittihamları ilə həbs edilib. 2015-ci il aprelin 22-də o, 7,5 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Vəkil Cavad Cavadov məhkəmədə bildirib ki, İntiqam Əliyev səhhətindəki problemlərlə əlaqədar prosesdə iştirakdan imtina edib. Daha sonra vəkil xatırladıb ki, İntiqam Əliyev insan hüquqlarının müdafiəsi məsələlərində ixtisaslaşır. O, Avropa İnsan Hüquqları Məhkəməsinə üç yüzdən çox şikayət göndərib, 40 işi udub.

Daha 10 şikayət üzrə Əliyevin həbsindən sonra qərar qəbul olunub.

Əliyevin hüquqlarının pozulması 2014-cü il avqustun 8-də onun saxlanılmasından dərhal sonra başlayıb.

Əliyevin ofisində axtarış zamanı prokurorluq əməkdaşları bütün sənədləri müsadirə ediblər, bu da Əliyevin müdafiəsinin təşkili üçün problemlər yaradıb.

Əliyevin həbsindən şikayət Avropa İnsan Haqları Məhkəməsində prioritet qaydada baxılması üçün qəbul edilib və ən yaxın gələcəkdə qərar qəbul ediləcəyi gözlənilir.

Birinci instansiya məhkəməsinin hökmündə Əliyev “Avropa Məhkəməsində azərbaycanlı qaçqınların hüquqlarını müdafiə etməməkdə və işğal edilmiş ərazilərdə onlar üçün treninqlər keçirməməkdə” ittiham olunub. Lakin müdafiə tərəfinə verilmiş hökmdə bu ifadələr yoxdur. Onlar KİV nəşrlərində qalıb.

Bu, öz-özlüyündə hökmün siyasi xarakterli olmasının dəlilidir, deyə vəkil qeyd edib.

İttihamların mahiyyətinə gəlincə, istintaq Əliyevin qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədən həyata keçirdiyi layihələri qanunsuz sahibkarlıq kimi təfsir edib.

Lakin qrantlar qeydiyyatdan keçirilib və bu barədə Ədliyyə Nazirliyinin saytında məlumat olub. Skrin-şotun surəti məhkəmədə təqdim olunub. Amma məhkəmə bu sənədi dəlil kimi qəbul etməyib.

Mənimsəmə haqqında ittihama gəlincə, bu ittiham Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi Gülşən Orucovanın Beynəlxalq Bankdan Unibank-a bacısı Əfsanə Orucovanın hesabına pul köçürməsinə və daha sonra bu vəsaitin nağdlaşdırılmasına əsaslanır.

Orucova bacıları istintaqın təzyiqi altında pulun nağdlaşdırıldıqdan sonra Əliyevə verildiyini bildiriblər. Amma ödəniş tapşırıqlarında onun imzası saxtalaşdırılıb.

Müdafiə tərəfin vəsatətlərinə baxmayaraq, istintaq və məhkəmələr imza ekspertizası həyata keçirməkdən imtina ediblər. Eyni zamanda, müdafiə tərəfi Polşalı mütəxəssisin ödəniş tapşırıqlarındakı imzaların Əliyevə məxsus olmadığını təsdiq edən rəyini təqdim edib. Amma Apellyasiya Məhkəməsi bu sənədi qəbul etməyib.

Sonda vəkil məhkəmədə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv etməyi və bəraət çıxararaq, cinayət işinə xitam verməyi xahiş edib. Bundan sonra hakim iclası bir ay təxirə salmağı qərara alıb.

Amnesty İnternational İntiqam Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG