İntiqam Əliyev Amerikanın Səsinin suallarına cavabda deyib ki, Ali Məhkəmənin Plenumunun qərarından danışmaq istəməzdi.
“İkili hiss keçirirəm. Plenumun qərarı barədə danışmaq istəməzdim. Azadlıqda olmağıma təbii ki, sevinirəm. Çünki işin-gücün bu vaxtında istirahət etməyi (həbsdə olmasını nəzərdə tutur-red), çöldə çalışan, ağır şəraitdə çalışan dostlarıma qarşı bir ədalətsizlik sayırdım. Azadlığa çıxmağım mənim üçün xoş bir şeydir. Yükün bir hissəsini yenidən öz üzrəmə götürəcəm. O birisi tərəfdən həm də məyusam. Çünki diostlarımın böyük bir hissəsi hələ də həbsdədir. Məmnuniyyətlə öz azadlığımı onların azadlığı ilə dəyişərdim. Amma, bütövlükdə proseslər gedir. Çox yaxın vaxtlarda dostlarım da azadlıqda olacaq. Çox yaxın vaxtlarda Azərbaycan da azadlıqda olacaq. Buna heç şübhəm yoxdur. Bu qədər repressiyalar, bu qədər basqılara baxmayaraq, Azərbaycan cəmiyyəti azadlıq, demokratiya uğrunda çalışmaqda davam edir. Bu, böyük bir ümid verir. Bu həm də orada bizə ümid verirdi. Dostlarımız, əqidə yoldaşlarımız və vətəndaş cəmiyyəti, siyasi partiyalar və adi insanlardan, beynəlxalq təşkilatlardan aldığımız dəstək onu göstərdi ki, bu toplumun azadlıq istəyi həddinən artıq böyükdür və onu həbslərlə, basğılarla, təzyiqlərlə boğmaq mükün deyil”.