Accessibility links

İordaniyada bir neçə hücum həyata keçirilib


İordaniyada bir neçə hücum həyata keçirilib. Turist məkanı olan Səlib məbədində törədilən hücum zamanı iordaniyalı mühafizəçilər və kanadalı turist həlak olub.

Atışma qərbyönümlü krallıqda həyata keçirilən sonuncu hadisədir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Silsilə hücumlar polisin Karak vilayətinin Qətranə şəhərində bir evin yanğını ilə bağlı məlumat almasından sonra başlayıb.

Hadisə yerinə gedən polis işçiləri maşınlarında atəşə məruz qalıb. İki polis işçisi yaralanıb.

Digər bir hücum Karakda polis idarəsinə edilib.

XS
SM
MD
LG