Accessibility links

İota qasırğası Nikaraqua sahillərini vurub


İota qasırğası bazar ertəsi gecə Nikaraquanın şimal-şərq sahillərinə doğru irəliləyib. Qasırğa nəticəsində Mərkəzi Amerika daxilində güclü daşqın və torpaq sürüşməsi gözlənilir.

Milli Qasırğa Mərkəzi 4-cü kateqoriyaya aid Iota qasırğasının Nikaraquaya çatdığı zaman saatda 210 km. sürətlə əsən küləklərlə müşayiət olduğunu bildirib. Nikaraqua hökuməti fırtına ərəfəsində alçaq sahil ərazilərindən minlərlə sakini evakuasiya edib.

Dənizkənarı Bilvi qəsəbəsinin sakini, Adán Artola Şults adlı iş adamı Associated Press xəbər agentliyinə danışarkən küləyin metalllara dəyərkən çıxardığı səsi “güllə” səslərinə bənzədib. Bilvi universitetinin tələbəsi Ceyson Bermúdez Associated Press-ə küləyin bir çox evin damını, hasarını və meyvə ağaclarını yıxdığını deyib.

"İota qasırğasının iki həftədən bir az əvvəl 4-cü kateqoriyaya aid Eta qasırğası kimi eyni əraziyə doğru irəliləməsi vəziyyəti daha da ağırlaşdırır" - deyə, Milli Qasırğa Mərkəzindən açıqlamasında bildirilib.

İota noyabrın 3-də 4-cü kateqoriyaya aid Eta qasırğasının vurduğu cənub sahilini vurur.

Eta qasırğası güclü yağışlarla Mərkəzi Amerikanın bəzi yerlərində daşqın və torpaq sürüşməsinə, eləcə də 130-dan çox insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG