Accessibility links

İqlim dəyişikliyi - Qlobal problem


Atmosferin temperaturunun 1 dərəcə artmasına mane olunması planetimizdəki bir çox insan həyatı və exosistemlərə həyati əhəmiyyəti ola bilər. Bu haqda alimlərdən ibarət beynəlxalq qrup bildirib.

Lakin alimlər dünyanın bu çağırışı qəbul etməyə hazır olduğuna inanmır.

Nobel mükafatına layiq görülən ekspert qrupu Cənubi Koreyada keçirilən toplantıda öz hesabatını açıqlayıb. 728 səhifəlik hesabatda deyilir ki, temperaturun cəmi 1 dərəcə azadılması dünya iqlimi, insan sağlamlığı və exosistemlərə müsbət təsiri ola bilər.

Bunlar nədən ibarətdir?

- İnsanların su qıtlığı poblemi 2 dəfə azala bilər.

- İstidən ölüm halları və xəstəliklər azala bilər.

- Dəniz səviyyəsinin artması 10 santimetr azala bilər.

- Anomal istilik, leysan yağışları və ya quraqlıq azala bilər.

- Onurğalı heyvanlar və bitkirlərin öz sahələrini itirməsi iki dəfə azala bilər.

- Qərbi Antarktika buzlaqlarının əriməsinin qarşısı alına bilər.

- Mərcan riflərinin yoxa çıxma təhlükəsi aradan qaldırıla bilər.

Davamlı istilənmə prosesinin dayandırılması gələcək exosistemlərin indikilərlə bərabər olacağı deməkdir. Cəmi 1 dərəcə temperatur artımı insan və digər canlıların həyat şəraitini dözülməz edə bilər.

Hesabatda deyilir ki, bunun üçün təcili və genişmiqyaslı ölçülərə əl atılmalıdır. Bura istixana qazlarının azaldılması və energetika sahəsində əhatəli dəyişikllər edilməsi daxildir.

Lakin BMT alimləri bunun texniki baxımdan mümkünlüyünü önə çəkir, lakin ciddi dəyişiklərin həyata keçirilməsi şanslarına inanmadığını bildirir.

2010-cu ildə havanın temperaturunun 2 dərəcə azaldılması məqsəd qoyulmuşdu. 2015-ci il Paris iqlim sazişində bu göstərici 2 dəfə artırılmışdı. Lakin bəzi ölkələr bunu ölüm hökmü kimi qəbul etmişdi.

Planetimizdə temperatur sənaye dövründən öncəki vaxtla müqayisədə artıq 1 dərəcə artıb.

“Qlobal istiləşmənin 1.5 dərəcə azaldılması üçün düzgün metod mövcud deyil” - deyə, 90-da artıq müəllifin hazırladığı hesabatda deyilir. Sənəd 6 min ekspert rəyinə əsaslanır.

“Qlobal istiləşmə hazırkı tempi ilə irəliləsə, 2030-2052-ci ilədək temperatur 1.5 dərəcə artacaq”, hesabatda bildirilir.

Alimlər həmçinin iqlim dəyişikliyinin dünyaya 54 trilyon dollar ziyan vuracağını bildirib .

Bunun qarşısının alınması üçün 529 mümkün vəziyyət göstərilib.

XS
SM
MD
LG