Accessibility links

2018 - İqlim dəyişikliyinin fəsadları


2018 - İqlim dəyişikliyinin fəsadları
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Son 5 il ardıcıl olaraq isti il qeydə alınıb. 2018-ci ildə onlar sırasındadır. Bu il iqlim dəyişikliyinin ciddi fəasadları müşahidə edilib.

Noyabr ayında Kaliforniya yanğınlarında 88 nəfər həyatını itirib. Bu, planetin qızmasının ağır nümunələrindən biridir. Yanğınsöndürənlərin sabiq rəisi Ken Pimlottun dediyinə görə, yanğınlar getdikcə ağırlaşır.


"Hər şey dəyişir. İstədiklərini desinlər. Amma yanğınsöndürənlər iqlim dəyişikliyini yaşayır. Olar bununla hər gün üzləşir. "

Sentyabr ayında Florens qasırğası rekord səviyyədə yağışlara və Şimali Karolinada daşqınlara səbəb olub.

Yanğınlar, daşqınlar... sanki dünya olduğu yerə deyil, başqa bir yerə üz tutub.

BMT alimləri dekabrda Polşada keçirilən iqlim sammitnə hesabat təqdim edib. Husanq Li panelə rəhbərlik edib.

"Hesabat göstərir ki, 1.5 dərəcə qlobal istiləşmə limiti daralır. Bu o deməkdir ki, 2030-cu ilədək karbon diaksid tullantıları 45 faiz azaldılmalıdır. Hər il hesaba alınmalıdır."

Bu il emisiya 2.7 faiz artıb. Bu, 2011-ci ildən bəri ən yüksək göstəricidir.
ABŞ alimləri noyabr ayında iqlim dəyişikliyinin ölkəyə təsirini əks etdərən hesabat açıqlayıb.

Prezident Donald Tramp isə bunu rədd edib.

"Mən buna inanmıram. Xeyr, inanmıram."

Tramp Amerikanın Səsinə bildirib ki, emissiyanın azaldılması olduqca baha başa gələ bilər.

"Mən mənasız, müəyyən stadartlara görə ölkənin biznesinə mane ola bilmərəm. Çinə və ya digər bir ölkəyə baxdıqda, havanın təmiz olmadığını görürük. Biz çox pul xərcləməklə, havanı təmizləyəcəyik, onlar yox."

Lakin Trampın təbii yanacağın istehsalı və istifadəsinə dair qaydaları dəyişməsi qarışıq nəticələrlə qarşılanıb. Bu, Milli Resursların müdafiəsi idarəsindən Ceyk Şmitsin fikridir.

"Yaxşı xəbər odur ki, qaydaların bəziləri məhkəmə qərarı ilə qüvvədədir. Lakin onların işə salınması yavaş getdiyi üçün inkişaflar da azdır. Son bir neçə il ərzində iqlimlə bağlı gündəlikdə olan məsələlərə Tramp administrasiyası əəhmiyyət vermir."

Trampın Respublikaçılar Partiyası noyabr seçkiləri zamanı Nümayəndələr Palatasında çoxluöu itirib. Bu isə 2019-cu ildə demokratların iqlimlə bağlı tələblərinin kəskinləşəcəyi deməkdir.

Eyni zamanda Trampın iqlimlə bağlı mövqeyi BMT müzakirəçilərinin Paris iqlim sazişinin qüvvədə qalması səylərinə mane olmayacaq.

Tənqidçilər hesab edir ki, bu, kifayət qədər irəliləmir. Müzakirələrin rəhbəri Mişal Kurtika deyir ki, hər kəsi bu işə cəlb etmək asan deyil.

"Atılan hər bir addım böyük nailiyyət hesab edilir. Razılıq üçün birlikdə minlərlə kiçik addımlar atılmalıdır."

Lakin ekspertlər deyir ki, bu addımlar ehtiyatla atılmalıdır. Yanacaq vergilərinin artırılması ilə Fransanda sarı jiletlilərin etirazları yüksəlmişdi.

İqlim fəaliyyətsizliyinin dəyərini kim ödəyəcək? Belə ki, keçmiş səhvlərin ödəniş vaxtı çatır. Bu, 2019 və sonrakı illərin sualıdır.

XS
SM
MD
LG