İqlim dəyişikliyi planetimizi dəyişdirir. Alimlər xəbərdarlıq edir ki, qlobal istiləşməni azaltmayanadək dəniz səviyyəsi artacaq, daha güclü fırtınalar, quraqlıqlar, yanğınlar və daşqınlar tez-tez baş verəcək. Biolji növlərin nəslinin tükənməsi ilə bağlı yeni araşdırma artan temperaturun fəlakətli təsirlərin qarşının almağının vacibliyi vurğulayır.
Meşələrdə sadəcə 47 bonqo qalıb, ona görə də cinsi çoxaltmaq, bioloji növlərin genetik müxtəlifliyini qorumaq lazımdır
"Birləşmiş Ərəb Əmirliklərində bonqo antilopunun nəsli kəsilmək üzrədir," deyə Kate Burns bildirir. O, bir sıra heyvanları bəsləyən Əl-Bustan zooloji mərkəzin baytarlıq üzrə tibb bacısıdır. Burns daha çox bonqo cinsini çoxaltmaq niyyətindədir.
“Hər biri ayrı-ayrılığında vacibdir. Meşələrdə sadəcə 47 bonqo qalıb, ona görə də cinsi çoxaltmaq, bioloji növlərin genetik müxtəlifliyini qorumaq lazımdır.”
İnsanlar bu və digər bioloji növlərin köklərini kəsirlər. Təbii ki, bunda ovçuluq və qaçaqmalçılıq, eləcə də şəhərləşmə və neftçıxarma da böyük rol oynayır. Elektrik stansiyalarından, binalardan və nəqliyyat vasitələrindən buraxılan iqlimi dəyişən emissiyalar da biomüxtəlifliyə təhlükə yaradır.
İqlim nümunələri yer kürəsinin temperaturunun bu əsr ərzində 2-6 dərəcə artacağını göstərir.
Ekspertlər bildirir ki, sənaye dövründən sonra 4,3 dərəcə temperatur artımı iqlim dəyişikliyinin ən pis təsirlərinə gəritib çıxaracaq. Bioloji növlərin nəsilləri tükənməyə davam edəcək, deyə Konnektik Universitetinin ekologiya professoru Mark Urban bildirir.
“Biz elə bir nöqtəyə çatırıq ki, bioloji növlərimizin 16 faizinin nəsli tükənəcək. Bu isə o deməkdir ki, biz istixana qazlarının qarşısını almasaq hər 6 bioloji növdən birinin nəsli tükənəcək."
Urban Science jurnalında dərc olunacaq təhlili üçün növlərin nəslinin tükənməsi ilə bağlı 131 məqaləni nəzərdən keçirib.
“Cənubi Amerika və Avstraliya kimi endemik növlərə sahib olan, kiçik torpaq sahələri böyük rol oynayır. Bu növlər onsuz da müəyyən dərəcələrdə yaşamağa öyrəşiblər, ona görə də hətta kiçik dərəcə dəyişikliyi onlara təhlükə yarada bilər.”
Meşələrdə sadəcə 47 bonqo qalıb, ona görə də cinsi çoxaltmaq, bioloji növlərin genetik müxtəlifliyini qorumaq lazımdır
Urban deyir ki, iqlim dəyişikliyi bioloji növləri və onların yaşadıqları təbii şəraiti dəyişəcək. Onların ölümü xəstəlik yayacaq və digər arzuolunmaz nəticələrə səbəb olacaq.
“Məsələn bizim ərzaq və bitkilərimizin təhlükəsizliyi üçün gələcəkdə nə qədər yağış yağacağını və məhsulların yetişib-yetişməyəcəyini bilməliyik. Amma biz bioloji əlaqələrə diqqət yetirmirik. Zərərverici orqanizmləri yeyən yırtıcılar hamısı yox olsa, zərərvericillər artacaq, məhsul isə azalacaq."
Urban deyir ki, onun araşdırması siyasətçiləri və xalqı təhlükə altında olan bioloji növləri qoruyub, müdafiə etməyə təşviq edəcək.
“Biz bioloji növlərin nəsillərinin tükəndiyinin şahidi olmamalıyıq. Biz bunun qarşısını ala bilərik. Ümid edirəm ki, 20 il sonra biz geriyə baxıb bu fəlakətin qarşını almağa nail olduğumuzu deyə bilərik.”