Accessibility links

Antarktidada buzlaqlar sürətlə əriyir [Video]


Antarktika
Antarktika

Antarktidadan sahəsi Trinidad və Tobaqo qədər olan nəhəng aysberq ayrılmaq üzrədir

Antarktida buzlağından sahəsi Trinidad və Tobaqo qədər olan nəhəng aysberq ayrılmaq üzrədir. Aysberqin ayrılması fundamental şəkildə bütün adanın formasını dəyişmiş olacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir ki, Antarktidanın buzları sürətlə əriyir və bu fenomen bütün dünyada dəniz səviyyəsinin kəskin şəkildə artması deməkdir.

“Bu, iqlim dəyişikliyinin nə dərəcə ciddi olması haqqında bizə xəbər verir. İqlimlə bağlı Paris razılaşmasından artıq bir il keçib və 200-ə yaxın ölkə bu razılaşmaya qoşulub”, məlumatda deyilir.

XS
SM
MD
LG