Accessibility links

Qubad İbadoğlu : Bu dəyişiklik İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya ziddir


Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı-ekspert Qubad İbadoğlu bunu öz Facebook səhifəsində yazıb

«Konstitusiyanın 29-cu maddəsinə təklif olunan əlavələr qəbul edilərsə, bir çoxları torpaqlarını, kapitallarını və mülklərini itirə bilər».

İqtisadçı-ekspert Qubad İbadoğlu bunu öz Facebook səhifəsində yazıb.

Onun fikrinə görə, Ana Qanunun mülkiyyət hüququnu təsbit edən maddəsinə dəyişiklik olunsa, yeni normanın tətbiqi prosesində hüquqi və qeyri-hüquqi müstəvidə yeni mübahisələr yaranacaq.

«Bu dəyişiklik (mülkiyyət hüququ ilə bağlı təklif -AR) Azərbaycanın üzv olduğu və imzaladığı beynəlxalq öhdəliklərə, o sıradan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya ziddir. Xüsusi mülkiyyətin sosial öhdəliklər yaratması ilə bağlı təklif çox təzadlı səslənir. Burda söhbət özəl sahibkarın sosial öhdəliyindən deyil, korporativ sosial məsuliyyətindən gedə bilər. Bunun üçün də Konstitusiyaya əlavələr etməyə ehtiyac qalmır», - ekspert qeyd edib.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG