Accessibility links

İqtisadi narazılıqların seçkilərə təsiri nə olacaq? [Video]


İqtisadi narazılıqların seçkilərə təsiri nə olacaq?
please wait

No media source currently available

0:00 0:02:22 0:00

İqtisadi artım və yeni iş yerlərinin açılmasına baxmayaraq, bir çoxları bundan bəhrələnmədiyindən şikayətlənir

Dirçəliş prosesinin başlamasından 7 il sonra iqtisadi narazılıqlar hələ də gündəmdə qalmaqdadır. Qəzəb noyabr seçkilərində mühüm rol oynaya bilər. İqtisadi artım və yeni iş yerlərinin açılmasına baxmayaraq, bir çoxları bundan bəhrələnmədiyindən şikayətlənir.

98 yaşlı anasına baxan Denis Alber borclarını ödəməkdə çətinlik çəkir. Belə ki, maaşadan başqa hər şeyin-ərzaq və dərmanların qiymətləri qalxmaqdadır.

"Eyni standartı qoruyub saxlamaq olduqca çətindir. Biz bunun öhdəsindən gələ bilmirik. Bəziləri bunu orta sinfin müharibəsi adlandırır."

Əhalini sıyahıya alma bürosunun göstəricilərinə görə, 2007-ci ildən bəri amerikalıların illik gəlirlərində 5 faiz artım müşahidə edilir. Lakin Alberlər ailəsi kimi bir çoxları bu göstəricilərin onlara şamil edilmədiyini deyir.

“Belə bir tendensiya var idi ki, işlədikcə, illərdən sonra 50,60,70 yaşlarında maaşların artımı yaxşı pensiyanı təmin etsin. Lakin artıq buna ümid etmirik.”

İqtisadçılar orta sinfin gəlirlərindəki ətalət, zənginlərin gəlirlərindəki artıma görə qəzəb yarandığını deyir. Seçki mövsümü məsələ daha da qabarıq şəkil alıb.

“Əhalinin yalnız 5 faizi 2000-ci illərdəki səviyyəsinə qayıdıb. Onlar itirdiklərini bərpa edə biliblər. Bununla da gəlir artımında qeyri-bərabərlik yaranıb. İcrimaiyyətimizdə irqi və günder qrupları arasında bərabərsisklikyin hökm sürüdüynə dair fikir formalaşıb”-deyə İtqisadi Siyasət İnstitutunun tədqiqatçısı Eliz Qould bildirib.

Bəzi iqtisadçılar siyasi disfunksiyanın gəlir uçurumunu dərinləşdirdiyini düşünür. Yoxsulların hüquq müdafiəçisi Mariya Foskarinis deyir ki, insanların həbsə salınmasına milyonlarla dollar sərf edilir və bu, onları yoxsulluqdan xilas edir. .

“Bu, resusrsların israfı deməkdir. Araşdırmalar göstərir ki, küçələrdə yatdıqlarına görə həbsə salınmaqdansa, insanları evlə təmin etmək daha əlverişli olardı. Bu, ölkəmizin bir sıra icmasında müşahdə edilir.”

Vaşiqntonun qeyri-funsionallığı bir çoxlarının seçkilərə verdiyi əhəmiyyətin birnömrəli səbəbidir. Lakin Denis Albert ümidsizliyə qapılıb.

Denis iqtisadi və siyasi baxımdan namizədlərin heç birinin orta sinfə yardım edəcəyini düşünmür.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG