Accessibility links

“Azərcell"in nəzarət aksiyalar paketi alınıb


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzInTelecom" MMC şirkəti "Azərcell" telekommunikasiya operatorunun nəzarət aksiyalar paketinin alınması haqqında saziş imzalayıb. Bu barədə "AzInTelecom"un məlumatında deyilir.

Müqaviləyə əsasən, "AzInTelecom" şirkəti mobil operatorun 221 mln. 687,392 min avro məbləğində 51,3% aksiyasını alıb.

Operatorun aksiyaları Niderland qanunvericiliyinə uyğun olaraq yaradılmış "Fintur Holdings B.V." şirkətindən alınıb. "Fintur Holdings B.V."-nin əsas səhmdarı İsveç qanunvericiliyi əsasında yaradılmış "Telia Company AB" və Türkiyə qanunvericiliyi əsasında yaradılmış "Turkcell İletişim Hizmetleri A.Ş" SC-dir.

Beləliklə, "AzInTelecom" "Azərcell"in yeganə təsisçisinə çevrilib.

Azərbaycan Vergilər Nazirliyinin məlumatına görə, "AzInTelecom" MMC 1996-cı ildə yaradılıb və rəsmi nümayəndəsi Leyla Məmmədovadır.

XS
SM
MD
LG