Accessibility links

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb


Pərviz Şahbazov və Kanat Bozumbayev
Pərviz Şahbazov və Kanat Bozumbayev

Bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 65,6 faiz artaraq 169,8 mln ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 65,1 faiz artaraq 36 mln ABŞ dolları, idxal isə 65,8 faiz yüksələrək 133,8 mln ABŞ dolları olub. Bu barədə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Astanada keçirilən 15-ci iclasında bildirilib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı stimullaşdırmaq üçün əlavə tədbirlərin görülməsinin, sərgi, konfrans, biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb.

Pərviz Şahbazov və Kanat Bozumbayev
Pərviz Şahbazov və Kanat Bozumbayev

Komissiyanın həmsədrləri Azərbaycanın və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial ixrac məhsulları və Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk kəmərləri ilə nəqli, eləcə də sıxılmış və mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə ixracı imkanları və bu məhsulların dəmir yolu vasitəsilə daşınması kimi məsələlər müzakirə edilib. Bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivlərini öyrənmək barədə razılıq əldə edilib.

İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da toxunulub. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verdiyi qeyd olunub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb.

Bundan başqa kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

XS
SM
MD
LG