Accessibility links

Qubad İbadoğlu: Azərbaycan iqtisadiyyatında böhran davam edəcək


Beynəlxalq Valyuta Fondu(BVF)
Beynəlxalq Valyuta Fondu(BVF)

Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın yerləşdiyi regionda iqtisadi durumun perspektivlərinə dair yenilənmiş icmallarını açıqlayıb.

Hər iki hesabatda 2017-ci üçün Azərbaycanda iqtisadi eniş proqnozlaşdırılır.

AYİB-nin hesablamalarına görə, bu il üçün Azərbaycan iqtisadiyyatı 0,5 faiz, BVF-nin gözləntilərinə görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faizə qədər kiçiləcək.

“Beləliklə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada cari ili iqtisadi enişlə başa vuran yeganə ölkə olacaq. Proqnozlara görə növbəti ildə də Azərbaycan regionda ən aşağı iqtisadi artım nümayiş etdirən yeganə ölkə olacaq”, iqtisad elmləri doktoru Qubad İbadoğlu hesabatlara istinadən Facebook səhifəsində yazıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

​O hesab edir ki, Azərbaycan iqtsidiyyatında iki il ardıcıl olaraq tənəzzülün müşahidə olunması onun yaxın gələcəkdə perspektivlərinə də çətinliklər yaradır və yeni çağırışları meydana gətirir.

“BVF-nin proqnozlarına görə Azərbaycan bu illər ərzində bankların kapitallaşma səviyyəsinin azalması, kredit qoyuluşlarının həcminin aşağı düşməsi, dövlət borclarının sürətlə artması, inflyasiyanın yüksəlməsi templərinə görə regionun lider dövlətinə çevriləcək. Müqayisə üçün qeyd edək ki, cari ildə dünya iqtisadiyyatında orta illik artım tempi 3,5 faiz, Mərkəzi Asiya ölkələrində 3,8 faiz olacaq”, İbadoğlu qeyd edir.

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib ki, makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaq.

İlham Əliyev Nazirlər Kabinetinin iclasında
İlham Əliyev Nazirlər Kabinetinin iclasında

“2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub, kənd təsərrüfatı 3,5 faiz artıb. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıb. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir”.

Dövlət başçısı 2017-ci ilin birinci rübündə ölkənin valyuta ehtiyatlarının 1 milyard dollar səviyyəsində artdığını və 38,5 milyard dollar olduğunu bildirib.

“Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Qeyri-neft ixracı təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Ancaq birinci rübdə ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG