Accessibility links

Asiya İnkişaf Bankı “Şahdəniz 2” layihəsinə 1 milyard dollar ayırıb


Asiya İnkişaf Bankı (Asian Development Bank)
Asiya İnkişaf Bankı (Asian Development Bank)

Bu kredit Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək

Asiya İnkişaf Bankı (AİB) dünyada ən iri qaz yataqlarından biri olan “Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 mlrd. dollar ayırıb.

AİB-in məlumatına görə, maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 mln. dollar vəsaitin ayrılması və əlavə 500 mln. dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.

Məlumatda bildirilib ki, AİB-in maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.

“AİB 2015-ci ildə özəl sektor vasitəsi ilə Şahdəniz qaz yatağının genişləndirilməsi üçün layihəyə güclü dəstək verib. Cənub Qaz Dəhlizinə təklif olunan yardım AİB-in bu mühüm layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamın bariz nümunəsidir”, AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan Şahdəniz layihəsinin genişləndirilməsi ölkənin uzun müddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək: “AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”, o qeyd edib

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG