Azərbaycan Mərkəzi Bankının valyuta hərracı 1 dollar üçün 1.7575 manatla başlayıb və 1.7620 manatla başa çatıb.
Oktyabrın ortalarından başlayaraq dolların məzənnəsi durmadan artır. Kommersiya banklarının böyük əksəriyyəti əhaliyə xarici valyuta satmaqdan imtina edir.
Yalnız iki-üç bank 50-100 dollar, bir bank isə 200 dollaradək valyuta sata bildiyi barədə məlumat yayıb. Amma əksər hallarda isə həmin banklardan 100 dollar belə almaq arzunu bildirdikdə, hazırda “dollar yoxdur” cavabını alırsan.
“Qara bazar”da Amerika valyutasının məzənnəsi rəsmi məzənnədən 10-12 qəpik bahadır. Bununla yanaşı, “qara bazar”a qarşı hüquq mühafizə orqanları kəskin mübarizə apardığından, tanış olmayan adamlara valyuta təklif edilmir.
Müşahidəçilər hesab edir ki, hazırda ölkədə faktiki valyuta qıtlığı yaşanır.