Accessibility links

Daha 3 bank filialı bağlanıb


Bank
Bank

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının aprelin 5-də qəbul etdiyi qərarla "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları, "NIKOYL IKB" ASC-nin isə "Masallı" filialına verilmiş icazələr ləğv edilib. Bu barədə Nəzarət Palatası məlumat yayıb.

Banklar müraciətlərində sözü gedən filialların bağlanmasına səbəb kimi xərclərin optimallaşdırılmasını göstərir.

Direktorlar Şurasının iclasında həmçinin, "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsindən ötrü verilmiş icazənin də ləğvi ilə bağlı müraciətə baxılıb. Müraciət yerinə yetirilib.

Palata bundan əvvəl də bildirmişdi ki, bu ilin əvvəlindən 6 müxtəlif bank filialının fəaliyyəti dayandırılıb.

Ötən il isə ölkədə ümumilikdə 10-dan çox bankın lisenziyası ləğv edilib. Buna səbəb kimi həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib.

Ekspertlər bu il Azərbaycanda daha bir neçə bankın ləğv ediləcəyini güman edirlər. Onların demələrinə görə, banklar kreditlərin verilməsini azaltdıqlarından gəlirləri aşağı düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG