Accessibility links

Mərkəzi Bank manatın ucuzlaşma riskinin olmadığını bildirir


Elman Rüstəmov
Elman Rüstəmov

Ekspert isə əksini düşünür

"İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük. Məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur ". Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 30-da Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xarici borcunun restrukturizasiya planının manatın möhkəmlənməsinə təsiri yoxdur.

"Restrukturizasiya planında bütün mümkün variantları nəzərə almışıq".

E.Rüstəmov keçirilən valyuta hərraclarının sayında da azalma olmayacağını deyib.

"İlin əvvəlindən depozit və not portfelində hər hansı dəyişiklik yoxdur. Faktiki olaraq ilin əvvəlindən pul siyasətini daraltmamışıq. Faktiki daraltdığımız 800 mln. manata yaxın vəsaiti iqtisadiyyata qaytarırıq", o qeyd edib.

Rüstəmov deyib ki, Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və yaxın günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.

Konfransda qeyd edilib ki, Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inam və etimadın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub.

Rüfət Aslanlı
Rüfət Aslanlı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə deyib ki, başçılıq etdiyi qurum kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb.

“Son illər 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Beş bank “watch list”ə daxil edilib və nəzarət altındadır. Həmin bankların kapitallaşma proqramı bu ilin ortalarınadək icra edilməlidir", R.Aslanlı qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Facebook səhifəsində şərh edib.

Onun fikrincə, Rüfət Aslanlı və Elman Rüstəmov yenə "əcnəbi" və "əcaib" dildə açıqlamalar veriblər, dediklərini anlaşılan dilə tərcümə etmək lazım olacaq.

“Rüfət Aslanlı: “Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır. Biz ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik. Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır”.

Tərcüməsi: Vəzəyyət qəlizdi, cəmi 12 bankda kapitallaşmada müsbət tendensiya var, yəni onların oliqarx sahibləri ciblərindən banklara pul buraxıblar. Qalan 14 bankda vəziyyət "ruscadır", 5 bank isə bağlanmaq üzrədir. Rüfət müəllimin "portfel qocalır" dediyi odur ki, problemli kreditlər artıq "qocalıb" hətta "ölüb", yəni heç kim onları qaytarnaq istəmir, qayıtması mümkün də deyil. Yeni problemli kreditlər ona görə yaranmır ki, kreditləşmə dayanıb - məsələ budur. Heç kim belə soyğunçu faizlərlə kredit götürmür, ölkədə iqtisadi aktivlik ölüb, kredit götürən nə işlə məşğul olmalıdır ki, ildə 25-30% banka ödəsin, vergilərini versin, gələn-gedən məmur ordusunu yola salsın, hələ bir özünə də pul qazansın?! Gərək öz orqanlarını sata ki, ödənişlərini qarşılaya bilsin...

Elman Rüstəmov: “Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı risk görmürəm. Cari büdcə ilinin sonunadək manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

Tərcüməsi: Elman müəllim məzənnədən danışması heç də xoş deyil, el arasında son illərdə belə bir əlamət yaranıb ki, baş bankir məzənnədən danışdısa, manat ucuzlaşacaq. Müəllim dünya mətbuatını izləsəydi bilərdi ki, iyunun 15 də FED faiz artıracaq, sentyabrda daha bir faiz artımı olacaq, OPEC son "gülləsini" atsa da neft bahalaşmadı, hətta yaxın aylarda 40-45 dollara düşmə ehtimalı var. Elman müəllim bilməlidir ki, bütün bunlar fundamental səbəblərdir. Cənab Rüstəmov israrla manatın "üzdüyünü" deyir, yaxşı məzənnəni bazar müəyyən edirsə, fundamental səbəblər isə manatın ucuzlaşmasına köklənibsə, Baş Bankir nədən manatın ucuzlaşa bilmə ehtimalını heçə sayır?! Bazar müəyyən edirsə, bu ehtimal həmişə var axı, bu iqtisadiyyatın ən sadə qanunlarından biridir.

Nə isə, qalstuklu müəllimlər hələ də BDM modundan çıxa, problemləri görə, onlar haqqında açıq danışa bilmirlər…” o qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG