Accessibility links

Gömrük Komitəsi malın real qiymətini göstərməyənləri cəzalandırır


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Gömrük Komitəsi tədbirlərini davam etdirəcəyini bildirir

Bakı Baş Gömrük İdarəsi 19 şirkət və fiziki şəxsin malları dəyərindən aşağı göstərməklə ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37 avro vəsaitin gömrük vergi və rüsumlara cəlb olunmasından yayındırdığını müəyyən edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti məlumat yayıb.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materialları Cinayət Məcəlləsinin 206.1 maddəsinə (Qaçaqmalçılıq) əsasən DGK-nın İstintaq idarəsinə göndərib.

Mətbuat xidməti bildirir ki, idxal etdikləri malın qiymətini "Favorit Servis" MMC 29089,30 ABŞ dolları, "Səma Plastik” MMC 15574,72 ABŞ dolları, "Ultra Proqress" MMC 9450 ABŞ dolları və Şahin Şükürov 9261 ABŞ dolları məbləğində azaldıb.

Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib.

Belə ki, "Platinium-17" MMC saxta invoysda malın qiymətini 10000 ABŞ dolları məbləğində azaldıb və 6077,22 manat məbləğində vəsaiti gömrük ödənişindən yayındırıb, "Zoom" MMC saxta invoysda malın qiymətini 12000 ABŞ dolları məbləğində azaldıb, 3724 manat məbləğində vəsaiti gömrük ödənişindən yayındıb, "Zoom" MMC bir idxal əməliyyatında malın qiymətini 15764,81 ABŞ dolları məbləğində azaldaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişindən yayındırıb və "ABA Trading" MMC saxta invoysda malın qiymətini 4200 avro azaldıb və nəticədə 6001,25 manat məbləğində vəsaiti gömrük ödənişindən yayındırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG