Accessibility links

"Ələt" azad iqtisadi zonası yaradılır


Mayın 18-də Milli Məclis "Ələt azad iqtisadi zonası haqqında" qanun qəbul edib. Sənədə əsasən, azad zona Ələt qəsəbəsi ətrafında işgüzar fəallığın təşviq edilməsi, investisiya və inkişaf fəaliyyətinin təşviqi üçün yaradılır.

Qanun layihəsi zonanın məsul orqanının səlahiyyətlərini, onun maliyyələşməsi prinsiplərini müəyyən edir.

Azad zona ərazisində xüsusi vergi və gömrük rejimi fəaliyyət göstərəcək.

Azad zonaya idxal olunan mallara, işlərə və xidmətlərə vergi və gömrük rüsumları tətbiq edilməyəcək.

Zonada Biznes Xidmətləri Mərkəzi yaradılacaq. O, lisenziyaların, vizaların və digər rəsmi sənədlərin verilməsi ilə məşğul olacaq.

Ələt qəsəbəsi Bakıdan 70 km cənub-qərbdə yerləşir. Bu günlərdə burada beynəlxlaq ticarət limanı açılıb. Ələtdə Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzdə avtomobil və dəmiryolu nəqliyyat magidttalları kəsişir.

Həmçinin, gələcəkdə yük daşımaları üçün aeroport tikilməsi planlaşdırılır.

Bundan başqa, Ələt yaxınlığında Səngəçal neft terminalı yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG