Accessibility links

Dövlət Maliyyə Nəzarəti Xidməti qanunsuzluqlar aşkarlayıb


Yoxlama zamanı 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə bağlı yoxlamalar aparıb.

İş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Yoxlama zamanı 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

İnzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodunda məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Baş Prokurora göndərilib.

XS
SM
MD
LG