Accessibility links

Samir Əliyev: Gizli pul köçürmələrinə rəsmi reaksiya olmur [Video]


Samir Əliyev: Gizli pul köçürmələrinə rəsmi reaksiya olmur
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Samir Əliyev: Gizli pul köçürmələrinə rəsmi reaksiya olmur

Maliyyə məsələləri üzrə ekspert Samir Əliyevin Amerikanın Səsinə müsahibəsi

Maliyyə məsələləri üzrə ekspert Samir Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın maliyyə bazarlarına nəzarətlə bağlı mövcud durumdan danışıb.

Amerikanın Səsi: 2015-ci ildəki devalivasiyalardan sonra 2016-cı ilin fevralında Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaranıb. 2018-ci il oktyabrın 4-də isə bu qurumun Direktorlar Şurası ləğv olunub. Qurumun fəaliyyətini səmərəli hesab etmək olarmı?

Mən deyərdim ki, Azərbaycanda Maliyyə Palatası publik hüquqi şəxs olan birinci qurum oldu.

Samir Əliyev: Maliyyə Bazarlarına Nəzarət Palatası əslində maliyyə sektorunu tənzimləmək üçün yaradılmışdı. Əvvəl bu işi Mərkəzi Bank həyata keçirirdi. Bu palata yaradılmaqla beynəlxalq standartlara uyğun bir qurum yaradıldı. Mən deyərdim ki, Azərbaycanda Maliyyə Palatası publik hüquqi şəxs olan birinci qurum oldu. Orada beynəlxalq korporativ idarəetmə mexanizmləri tətbiq edildi. Yəni müşahidə şurası, idarə heyəti və bunların qarşılıqlı nəzarət mexanizmləri tətbiq edildi. Amma, təəssüf ki, sonrakı dövrdə nizamnaməyə müəyyən dəyişikliklər edildi və idarə heyətinin səlahiyyətləri bir qədər də artırıldı. Nəticədə palatada ikihakimiyyətlik yarandı. Bu ikihakimiyyətlik son nəticədə palatanın işinin effektivliyini əhəmiyyətli dərəcədə aşağı saldı. Ümumən götürəndə palata fəaliyyət göstərdiyi müddətdə bir sıra bankların bağlanması, bank olmayan kredit təşkilatlarının lisenziyasının alınması ilə yadda qaldı. Eyni zamanda banklara münasibətdə Mərkəzi Bankla müqayisədə daha sərt şərtlər tətbiq edildi. Nağdsız ödənişlərlə bağlı sərt qərarlar verildi, 1 faizlik sadələşmiş vergi tətbiq edildi, eyni zamanda aylıq dövriyyədən 15 min manatdan artıq nağdılaşma qadağan olundu. Yəni palata nağdsız proseslərə qarşı bir sıra sərt addımlar atması ilə yadda qaldı. Ümumən götürəndə palatanın bu günki fəaliyyəti bankların bir sıra hallarda fəaliyyətini məhdudlaşdırır və onların normal işləməsinə problemlər yaradır.

Amerikanın Səsi: Ümumilikdə Azərbaycanda qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemlərinin tənzimlənməsini təkmil hesab etmək olarmı? Bəs cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sistemi necə qurulub?

Bizdə hələ ki, “çirkli pullar”ın yuyulması sahəsində xeyli addımlar atılsa da tam nəticə əldə etmək mümkün deyil.

Samir Əliyev: Ümumən götürəndə Azərbaycanda bank sektorundan fərqli olaraq təəssüf ki, qiymətli kağızlar bazarı normal inkişaf etməyib. Bu bazar çox kiçikdir. Amma belə götürdükdə qeyri-rəsmi ödənişlərin olması, qeyri-rəsmi dövriyyənin olması heç kimə sirr deyil. Beynəlxalq təşkilatlarda da bu barədə fikirlər səslənir. Azərbaycanda maliyyə monitorinqi ximəti var. Azərbaycan Egmontun (Egmont Group of Financial Intelligence Units) maliyyə kəşfiyyat qrupuna üzv olanda belə bir qrup yaratdı. Bu Mərkəzi Bankın nəzdində idi. Sonra Egmont qrup iddia irəli sürdü ki, bu qrum müstəqil olmalıdır. Buna baxmayaraq bizdə bu qurum Maliyyə Nəzarəti Palatasının tərkibində yaradıldı. Bir neçə ay sonra, axırda müstəqil bir qurum oldu. Əlbəttə belə bir qurumun müstəqil olması çox vacibdir və təəssüf ki, Azərbaycan artıq Egmont qrupuna üzvlükdən çıxarılıbdır. Bizdə hələ ki, “çirkli pullar”ın yuyulması sahəsində xeyli addımlar atılsa da tam nəticə əldə etmək mümkün deyil.

Amerikanın Səsi: Ölkədə maliyyə bazarlarına nəzarət sistemini şəfaf və çevik hesab etmək olarmı? Beynəlxalq mediada Azərbaycan bankları vasitəsi ilə “çirkli pullar”ın ölkədən çıxarılması barədə məlumatlar da yayılıb. Nəzarət qurumları ictimaiyyət qarşısında hesabatlıdırmı və hesabatlarında “çirkli pullar”ın yuyulması faktları əks olunurmu?

Samir Əliyev: Təəssüf ki bizdə “çirkli pullar”la bağlı konkret hesabatlara rast gələ bilmirik. Maliyyə Monitorinq Mərkəzinin müəyyən məlumatları olur. Amma bu sahədə ictimiayyətin məlumatlara əl çatımlığı aşağıdır. Beynəlxalq mətbuatda da, təşkilatların açıqlamalarında da Azərbaycanda qeyri-rəsmi ödənişlərin, kölgə iqtisadiyyatının yüksək olması göstərilir və ya ayrı-ayrı bankalara gizli yolla pul köçürmələri haqqında məlumatlar səslənir. Təəssüf ki, bununla bağlı hər hansı rəsmi reaksiya olmur və yaxud ictimaiyyətə bu barədə açıqlamalar verilmir. Bu da həmin məlumatların mötəbərliyini bir qədər də artırır. Düşünürəm ki, bu sahədə hesabatlılıq artırılmalıdır. İstər nəzarət edən qurumlar, istərsə də digər dövlət qurumları, ümumiyyətlə maliyyə sektorunda fəaliyyət göstərən qurumlar, o cümlədən banklar. Yəni həm bankların fəaliyyətinə nəzarət artırılmalıdır, həm də bu qurumlar öz fəaliyyəti haqqında məlumatları ictimiayyətə açıqlamalıdırlar.

Amerikanın Səsi: Bir çox ekspertlər Azərbaycanda “gizli iqtisadiyyat”ın çəkisinin ölkə iqtisadiyyatının 60-65 fazi səviyyəsində olduğunu bildirir. Bu halda maliyyə bazarlarına nəzarət necə həyata keçirilə bilər?

Düşünürəm ki, nağdsız ödənişləri artırmaqla eyni zamanda real sektorda şəffaflığa nail olmaqla həm də maliyyə sektorunda şəffaflığa nail olmaq olar.

Samir Əliyev: Ümumiyyətlə Azərbaycanda gizli iqtisadiyyatın payının yüksək olması dəfələrlə vurğulanıb. İstər Dünya Bankı tərəfindən, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən. Bunun qarşısının alınması yollarından biri nağdsız ödənişlərin inkişaf etdirilməsidir. Bizdə nağdsız ödənişlərin inkişaf etdirilməsi sahəsində bir sıra addımlar atılsa da təəssüf ki, bu ya effekt vermir və bəzi hallarda bunun qarşısını alan addımlar atılır. Bu barədə mən bir qədər əvvəl bildirdim. Düşünürəm ki, nağdsız ödənişləri artırmaqla eyni zamanda real sektorda şəffaflığa nail olmaqla həm də maliyyə sektorunda şəffaflığa nail olmaq olar. Çünki real sektorla maliyyə sektoru bir-bir ilə bağlıdır və bu gün biz real sektorda şəffaflığa nail ola bilməsək maliyyə sektorunda təbii ki bunu əldə etmək çətin olacaq.

XS
SM
MD
LG