Accessibility links

Azərbaycan və Türkmənistan nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsini müzakirə edib


Şahin Mustafayevlə və Məmmetxan Çakıyev
Şahin Mustafayevlə və Məmmetxan Çakıyev

Azərbaycan və Türkmənistan iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Bakıda səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin arasında aparılıb.

Azərbaycanın iqtisadiyyat naziri bildirib ki, hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb.

“Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir”, o qeyd edib.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini M.Çakıyev deyib ki, bu günkü görüş əlaqələrin genişlənməsi, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, həmçinin dəmir yol, avtomobil nəqliyyatı, Xəzər dəniz gəmiçiliyi, dəniz ticarət limanı, mülki aviasiya qurumlarının rəhbərləri iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG