Accessibility links

"İlin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq"


Manat və dollar
Manat və dollar

«Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq».

Azərbaycan dövlət agentliyinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev noyabrın 15-də Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda deyib.

A.Quliyev bildirib ki, bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib.

«İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq», - deyə o vurğulayıb.

Noyabrın 15-də Bakıda Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə «Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid» adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilir.

2015-ci ildə isə manatın 2 dəfə devalvasiyası baş verib. Manat dollar qarşısında 2 dəfə dəyər itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG