Accessibility links

Həbsdə olan iranlı dissident müalicə icazəsi aldıqdan sonra aclıq aksiyasına son qoyub


Həbsdə olan iranlı dissident xəstəxana xaricində müalicə icazəsi aldıqdan sonra aclıq aksiyasına son qoyub. Rəsmilər Sahil Ərəbinin koronavirus pandemiyasına görə müvəqqəti azadlıq müraciətini rədd edib.

Aprelin 7-də Amerikanın Səsinə mühahibəsi zamanı blogerin anası Firəngiz Məzlum oğlunun aclıq aksiyasını dayandırdığını təsdiqləyib. Məzlum deyib ki, rəsmilər ötən ay Ərəbinin həbsxana xaricindəki tibbi klinikada əməliyyat olunmasına icazə verib. "Onun vəziyyəti yaxşıdır. Hazırda su, düz və şəkərdən başqa heç nə qəbul edə bilmir" - deyə, o bildirib.

Ərəbi isə yazılı şəkildə bir həfətlik aclıq aksiyasını anası və dostlarının xahişi ilə dayandırdığını deyib. O, tibbi müalicəsinin onların sayəsində baş tutduğunu bildirib.

Ərəbi aclıq aksiyasına mart ayında başlayıb. İranın insan haqları müdafiəçilərinin bildirdiyinə görə, o, aclığı rəsmilərdən tibbi müalicə barədə razılıq əldə etdikdən sonra dayandırıb. Aprel ayının əvvəllərində isə verilən vəd həyata keçirilmədiyinə görə yenidən aclıq elan edib.

Ərəbi 2013-cü ilin noyabr ayından həbsdədir. O, Facebook-da Məhəmməd Peyğəmbəri təhqir edən şərhlərinə görə ittiham edilib. İnsan haqları qrupları isə Ərəbini vətəndaş jurnalisti adlandırır.

2014-cü ildə ölüm hökmünə məhkum edilən blogerə daha sonra 7 il yarım həbs cazsı verilib. O, töbə məqsədi ilə 2 il dini dərslər alıb və 2 il müddətinə xarici səfərlərdən məhrum edilib.

İran mart ayında BMT-nin insan hüquqları ekspertləti tərəfindən tənqiddən sonra koronavirusun yayılması səbəbi ilə 1000-dən çox xarici məhbusun müvəqqəti olaraq azad edildiyini bildirib.

"İranın məhbusların sağlamlığını təmin etmək və onlara məzuniyyət verməsi əhəmiyyətli bir addımdır" - deyə, ölkənin ədliyyə sisteminin nümayəndəsi Qulamhüseyin İsmaili bildirib.

İran fevralın 19-da ilk yoluxma halı haqda məlumat verdikdən bəri dünyada ən təhlükəli koronavirus epidemiyası ilə mübarizədə çətinlik çəkir.

Ancaq bir çox təhlilçi hesabat metodlarının zəif olması, hökumətin şəffaf olmaması və testlərin keçirilməməsi səbəbindən həqiqi sayın bundan daha çox ola biləcəyini deyir.

XS
SM
MD
LG