Accessibility links

İrakli Qaribaşvili : Azad Demokratların koalisiyadan çıxması hökumətdə sabitlsizliyə yol açmayacaq


Gürcüstanın baş naziri Bizim Gürcüstan-Azad Demokratlar partiyasının koalisiyadan çıxmasının hökumətdə sabitlsizliyə yol açmayacağını bildirib.

İrakli Qaribaşvili Nazirlər Kabinetindəki çıxışı zamanı heç nəyin baş vermədiyini və qeyri-sabitliyə heç nəyin səbəb olmayacağını deyib.

Baş nazir hakim koalisiyanın parlamentdə əksəriyyət təşkil etdiyini və hökumətin daha effektiv çalışacağına dair ümidini ifadə edib.

Azad Demokratların koalisiyadan çıxması hakim partiyanın çoxluğunu əlindən alıb. Lakin partiyanın bəzi üzvləri koasliasya tərkibində qalmaq qərarına gəlib.

Gürcüstanın xarici işlər naziri Maya Panjikidze və digər 3 deputat müdafiə naziri İrakli Alasaniyanın vəzifəsindən kənarlaşdırılmasından sonra istefa verib.

Avropa İnteqrasiya naziri Aleksi Petriaşvili çərşənbə axşamı günü istefasını elan edib.

Nazirlər Alasaniyanın işdən çıxarılmasının siyasi motivlərə əsaslandığını deyərək, bunun ölkənin NATO və Avropa İttifaqına üvzlük şanslarını azaltdığını bildirib.

Alasania baş naziri Qərblə yaxşı münasibətlərin tərəfdarı olan bir neçə müdafiə rəsmisinin həbsinə görə tənqid edib.

XS
SM
MD
LG