Gürcüstanlı milyarder ölkəsini hansı istiqamətdə irəlilətmək istədiyi barədə fikrilərini bölüşüb.
"Gürcüstanın arzusu" koalisiyasının lideri Bidzina İvanişvili bu gün Tiblisidə mətbuat konfransı təşkil edib. Ölkənin gələcək baş naziri hökumətdə dinc keçidi diqqətə çatdıraraq, xalqla işləyəcəyinə vəd verib. O, müdafiə nazirinin müavini və Gürcüstanın BMT-dəki səfiri İrakli Alasaniyanı baş nazir müavini və müdafiə naziri vəzifəsinə nominasiya edib.
Gürcüstanın Hollandiya və Almaniyadakı sabiq səfəri Maya Pancikidze xarici işlər naziri, İvanişvilinin xeyriyyə fondunun rəhbəri İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə nominasiya edilib.
Ekspertlər İvanişvilini Rusiya tərəfdarı adlandırsalar da, onun Qərblə əməkdaşlığa maraqlı olduğunu bildirirlər.
İvanişvili baş nazir kimi ilk xarici ölkə səfərini Amerikaya edəcəyini deyir. O, həm də Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarıdır.