Accessibility links

Koronavirusa görə İrandakı əfqanlar evlərinə dönmək məcburiyyətində qalıb


Associated Press agentliyinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində azı 200 min əfqanıstanlı COVID-19-un yayılmasına görə İranı tərk edib.

Məlumatda İranı tərk edən Əfqanıstan vətəndaşlarının dünyada ən böyük pandemiya mərkəzlərindən birində bu xəstəliklə mübarizəyə hazir olmayan yoxsul vətənlərinə döndükləri bildirilir.

Associated Press geri dönən əfqanların evlərinə test edilmədən qayıtdıqlarını və çox güman ki, bunun Əfqanıstanda yoluxmaya yol açacağını və bunun ölkənin səhiyyə infrastrukturu üçün böyük çətinlik yarada biləcəyini bildirib.

Əfqanıstan rəsmiləri İranın ölkədəki bir milyon qədər əfqanı ölkədən çıxara biləcəyindən narahatdır.

Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, mart ayında virus sürərlə yayılmağa başlayanda İranı 145 mindən çox əfqan tərk edib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinə əsasən, İranda koronavirusa yoluxma hallarının 58 mindən çox olduğu halda, Əfqanıstanda yoluxanların sayının 367-dir.

XS
SM
MD
LG