Accessibility links

İranın keçmiş prezidenti Əhmədinejad seçkilərdə yenidən iştirak edəcək


İranın keçmiş prezidenti iyun ayında keçiriləcək seçkilərdə yenidən iştirak edəcək və bu, Qərblə gərgin danışıqların getdiyi bir dövrdə sərtxətt tərəfdarı bir rəhbərlik ehtimalını artırıb.

Tərəfdarlarının gurultulu alqışları ilə Mahmud Əhmədinejad Daxili İşlər Nazirliyindəki qeydiyyat mərkəzinə gedib və qeydiyyatdan keçmək üçün lazım olan sənədləri doldurub. Jurnalistlərə müraciət etməzdən əvvəl o, əlini qaldıraraq, “V” - zəfər işarəsi göstərib.

“Bu gün seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməyimin səbəbi milyonlarla insanın tələbinə əsaslanır” deyən Əhmədinejad, bu addımı “ölkədəki vəziyyət və rəhbərlikdə inqilab zəruriyyətini nəzərə alaraq atdığını deyib.

Son illər sərt imicini daha mərkəzçi bir namizədə çevirməyə çalışan Əhmədinejad hökuməti səhv idarəetməsinə görə tənqid edib.

2017-ci ildə ölkənin ali ruhanı lideri Ayətulla Əli Xameneyinin Holokostu inkar edən Əhmədinejadın prezidentliyə namizədliyinə qadağa qoymasına baxmayaraq, o, o vaxt da qeydiyyatdan keçmişdi. Konstitusiyaya nəzarət edən Nəzarət Şurası nəticədə onu diskvalifikasiya etmişdi.

Nəzarət Şurasının Əhmədinejadın namizədliyini hələ də bloklaya bilməsinə baxmayaraq, Xameneyi heç bir namizədə qarşı çıxmayacağını deyib. Hər iki halda da populistlərin siyasi səhnəyə qayıtması, əsasən də İsrail və ABŞ olmaqla, Qərbə qarşı sərt mövqe axtaranlar arasında narazılığa səbəb ola bilər.

İran namizədlərin qeydiyyatına çərşənbə axşamı Tehranın dünya gücləri ilə nüvə razılaşmasına dair qərarsızlığı və Qərblə münasibətlərdə gərginliyin yüksək olduğu bir vaxt başlayıb.

Müddət məhdudiyyəti baxımından Prezident Həsən Ruhani namizədliyini yenidən irəli sürə bilməz. Ancaq sorğular göstərib ki, seçkilərə bir ay qaldığı bir vaxt şayiələrdə adları keçən bir çox namizəd arasında favorit meydana çıxmayıb. Sanksiyalar və koronavirus pandemiyası tərəfindən əzilyyət çəkən xalqın səsverməyə marağının az olduğu da görünür.

XS
SM
MD
LG