Accessibility links

İran həbsdə olan alman jurnalistlərin ailə üzvlərilə görüşünə icazə verdiyini bildirir (Yenilənib)


İran həbsdə olan alman jurnalistlərin ailə üzvlərilə görüşünə icazə verdiyini bildirir (Yenilənib)
İran həbsdə olan alman jurnalistlərin ailə üzvlərilə görüşünə icazə verdiyini bildirir (Yenilənib)

İranın Mehr xəbər agentliyi həbsdə olan iki alman jurnalistin Milad günündən Tehranda olan ailə üzvlərilə görüşünə icazə verildiyi haqda məlumat verib. Lakin Almaniya rəsmiləri görüşün hələ baş tutmadığını deyirlər.

Bu gün Almaniya İranın ölkədəki səfirinə rəsmi Tehranın həbsdə olan alman jurnalistlərin Milad bayramı ailə üzvlərilə görüşməsinə icazə verməməsi ilə bağlı etirazını bildirib. Xarici işlər nazirliyinin sözçüsü Stefan Bredohl Berlində müxbirlərə deyib ki, jurnalistlərin ailə üzvləri həbsxananı ziyarət etmək üçün İrana səfər ediblər.

Almaniyanın həftəlik Bild am Sonntag qəzetinin iki müxbiri Səkinə Məhəmmədi Aştiyaninin işi ilə bağlı jurnalist təhqiqatı aparmaq üçün İrana səfər ediblər. Onlar oktyabr ayında Təbrizdə həbs ediliblər. İran onların ölkəyə turist vizası ilə daxil olduğunu və jurnaslist kimi akkreditasiya olmadıqlarını bildirir.

XS
SM
MD
LG