Accessibility links

İranda prezident seçkiləri keçirilir


İbrahim Rəisinin helikopter qəzasında ölməsindən sonra iranlılar cümə günü yeni prezident üçün səs verməyə başlayıb. Səsvermə ölkədə ictimai məyusluğun artdığı bir vaxt, ali dini rəhbərə sadiq dörd namizəd arasından birinin seçilməsi üçün sıx nəzarət altında keçirilir.

Səsvermə məntəqələri səhər saat 8-də açılıb və adətən gecə yarısına qədər aşıq olmalı olan məntəqələr saat 18:00-da bağlanıb.

Seçkilər İsrailin İranın Qəzzadakı müttəfiqləri HƏMAS və Livandakı "Hizbullah" arasında müharibənin regionda gərginliyi artırdığı, eləcə də sürətlə irəliləyən nüvə proqramı ilə bağlı Qərbin İrana təzyiqinin artdığı bir vaxta təsadüf edir.

Seçkilərin İslam Respublikasının siyasətində böyük dəyişiklik gətirəcəyi ehtimalı az olsa da, onun nəticəsi 1989-cu ildən hakimiyyətdə olan İranın 85 yaşlı ali dini lideri Ayətullah Əli Xameneyinin varisliyinə təsir göstərə bilər.

Xameneyi iqtisadi çətinliklər, siyasi və sosial azadlıqların məhdudlaşdırılması ilə bağlı ictimai narazılığın yaratdığı legitimlik böhranını aradan qaldırmaq üçün yüksək fəallığa çağırıb.

Xameneyi səs verdikdən sonra dövlət televiziyasına "İslam Respublikasının davamlılığı, gücü, ləyaqəti və nüfuzu insanların mövcudluğundan asılıdır. Yüksək seçici fəallığı zəruridir" deyib.

Əsasən gənclərdən ibarət olan əhalinin siyasi və sosial maneələrə etiraz etməsi səbəbindən son dörd il ərzində seçici fəallığı aşağı düşüb.

Bülletenlərin əllə sayılması o deməkdir ki, ilkin rəqəmlər daha tezməlum olsa da, yekun nəticənin yalnız iki gün ərzində açıqlanması gözlənilir.

Əgər boş səslər də daxil olmaqla, namizədlərin heç biri səsvermə bülletenlərindən azı 50%-ni, üstəgəl bir səs qazanmazsa, seçkilərin nəticəsi elan edildikdən sonra birinvi cümə günü irəlidə olan iki namizəd arasında ikinci tur səsvermə keçiriləcək.

Namizədlərdən üçü sərt xətt tərəfdarıdır, biri isə son illərdə İranda böyük ölçüdə kənarlaşdırılan islahatçı fraksiya tərəfindən dəstəklənən aşağı profilli mötədildir.

İranın ruhani idarəçiliyini tənqid edənlərin dediyinə görə, son seçkilərin seçici fəallığnın aşağı olması sistemin legitimliyinin zəifliyini göstərir. Rəisini iqtidara gətirən 2021-ci il seçkilərində seçicilərin cəmi 48%-i iştirak edib və üç ay əvvəl keçirilən parlament seçkilərində fəallıq rekord həddə, 41%-ə çatıb.

Forum

XS
SM
MD
LG